Əlaqə Arxiv
news Image
2017.02.16
20:30
| A A A
Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyirlər

Rusiya vətəndaşlarının ¾-ü Belarusla viza rejiminin tətbiq edilməsini dəstəkləyir. Respondentlərin 60%-ə yaxını isə bu ölkəyə təbii qazın aşağı qiymətlə satılmasının əleyhinədir.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu nəticələr Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzinin keçirdiyi sorğu zamanı ortaya çıxıb.

Sorğuda iştirak edənlərin 78%-i Belarusla viza rejiminin tətbiqini dəstəkləyib, bunların mütləq əksəriyyəti 18-24 yaş arası olan respondentlərdir. 56% respondent Belarusa neft və qazın aşağı qiymətlərlə satılmasına qarşı çıxıb.

Rusiyalıların 40%-i Belarusu dost ölkə hesab edir. (2008-ci ildə bu göstərici 50% idi.) Sorğu iştirakçıların 4%-i Belarusu rəqib kimi, 3%-i isə düşmən kimi görür.

8-9 fevral tarixlərində keçirilən sorğuda 1200 respondent iştirak edib.

Sizin Reklam Yeriniz