Əlaqə Arxiv
news Image
2017.02.16
21:30
| A A A
İdarə müdiri: “Övladları məktəbdə oxuyan atalar maarifləndirilməlidir”
“Uşaqların həyatı təhlükəsizliyi məsələsinə də diqqət artırlımalıdır”

“Bakı Şəhər üzrə Təhsil İdarəsinin tabeliyində 307 ümumtəhsil məktəb var ki, onlarda 286 psixoloq fəaliyyət göstərir. Həmin psixoloqların ötən il bilik, bacarığı qiymətləndirilərək, səviyyəsi müəyyənləşdirilib. Bu zaman 286 məktəb psixoloqundan yalnız 24 nəfərinin peşəkar olduğu müəyyənləşib”.

“Movqe”nin xəbərinə görə, bunu Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva Milli Məclisdə “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda təşkil edilən “dəyirmi masa”da deyib.
O qeyd edib ki, uşaqların məktəblərdə təhsil alması üçün hər cür şərait yaradılıb. "Bir çox hallarda münaqişələrlə bol olan ailələrdən gələn uşaqların təhsilə adaptasiya o qədər asan olmur. Məktəb uşaqların vəziyyətini təhlil etməklə ailə problemlərinin olduğunu daha tez müəyyənləşdirə bilir. Lakin biz məktəbdə problemlə qarşılan uşaqlara kimin kömək edəcəyini düşünməliyik", - idarə rəhbəri əlavə edib.
M.Vəliyeva bildirib ki, psixoloqlar məktəbdə çalışmaq istəmirlər: “Bu, təəssüfedicidir. Bunun səbəbi əmək haqqının az olmasıdır. Təqribən 180 manat əmək haqqının müqabilində 2 minə yaxın şagird olan məktbədə 1 psixoloq fəaliyyət göstərir. Ailədaxili problemlərin artdığını nəzərə alsaq, görərik ki, məktəb psixoloqunun üzərinə çox ağır yük düşür. Müxtəlif yaş qruplarını əhatə edən proqramların hazırlanmasına çox ciddi ehtiyac var. Bu gün məktəblərdə təkcə psixoloq deyil, təhsil verənlərin özləri, eləcə də valideynlərlə ayrıca işlənilməlidir. Valideynlər geniş auditoriyadır. Yalnız analar deyil, atalar da təhsilə cəlb olunmalıdırlar. Bu gün valideyn iclaslarına yalnız analar gəlirlər. Bu da uşaqların təhsili ilə daha çox qadınların məşğul olduğunu göstərir. Bu baxımdan, atalar maarifləndirilməlidir”. 
M.Vəliyeva qeyd edib ki, bəzən valideynlər hər hansı problemə görə uşağını dərsdən yayındırır: “Belə hallara tez-tez rast gəlinir. Hazırda Təhsil Nazirliyi tərəfindən ümumtəhsilin informasiya sistemi təkmilləşdirilir. Artıq oradakı məlumat hər bir uşağın şəxsiyyət vəsiqəsi əsasında bazaya daxil ediləcək. Bu, eyni zamanda uşaqların məktəbdən yayınma hallarının aradan qaldırılmasına imkan yaradacaq. Bununla yanaşı, Bakı ətrafı qəsəbələrdə yaşayanların bir qismi 6-7-ci sinifdən sonra qız uşaqlarını məktəbə buraxmırlar. Bu zaman uşaqların təhsil almaq hüququ pozulur. Belə olan halda valideynlərin məsuliyyətini artıran tədbirlər genişləndirililməlidir. Misal üçün, bu yaxınlarda Qala qəsəbəsində məktəbə gələn uşaqların dərsə davamiyyətinin zəifliyini müzakirə etdikdə gördük ki, orada valideynlər qızlarını oxumağa qoymurlar. Bəzən məktəblər uşaqlara qarşı zorakılıq halları zamanı valideynə irad bildirildikdə valideyn polisə şikayət edir. Bu baxımdan məktəbin burada mövqeyi müəyyənləşdirilməli, uşaqların hüquqları pozulduqda məktəb valideynin iradəsi olmadan polisə müraciət etməlidir. Uşaqların gələcəyi məktəbi narahat edir. Uşaqların həyatı təhlükəsizliyi məsələsinə də diqqət artırlımalıdır”.

Sizin Reklam Yeriniz