Əlaqə Arxiv
news Image
2017.02.16
19:15
| A A A
Milli Məclisin Elm və təhsil komitəsində görüş

Milli Məclisin Elm və təhsil komitəsinin sədri, akademik İsa HəbibbəyliİtaliyaBeynəlxalq Telematika Universitetinin professorlarıNikola Paravati və Marko Demarko ilə görüşüb. 
Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli Azərbaycanda elm və təhsil sahəsində aparılan islahatlardan, bu sahələrə göstərilən dövlət qayğısından söz açaraq ölkə alimlərinin, xüsusilə də gənc tədqqiqatçıların beynəlxalq layihələrdəki fəal iştirakından danışıb.
İtaliya Beynəlxalq Telematika Universitetinin professorları Nikola Paravati və Marko Demarko informasiya texnologiyaları üzrə ali təhsil və peşə hazırlığı sahəsindəbirgə əməkdaşlığa xüsusi əhəmiyyət verdiklərini qeyd edərək Avropa Birliyinin dəstəyi ilə “Rusiya Federasiyası, Çin və Azərbaycanda binaların enerji və ətraf mühit səmərəliliyi üzrə açıq və distant təhsil formatında peşə bakalavrı” mövzusunda layihəyə qrant ayrıldığını nəzərə çarpdırıblar. Qeyd olunub ki, layihənin əsas məqsədi əyani və distant təhsil formatında müvafiq peşə bakalavrı hazırlamaq və istehsalatda çalışan mütəxəssislərin peşə hazırlığını təkmilləşdirməkdir.
Komitə sədri, akademik İsa Həbibbəylivə italiyalı qonaqlar ölkə alimlərinin elm və təhsil sahəsində qaşılıqlı əlaqələrininperspektivlərindən, peşə təhsili üzrə təcrübənin öyrənilməsindən danışıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Elm və təhsil komitəsinin əməkdaşları və Azərbaycan Texniki Universitetinin kafedra müdiri,professor Həsən Hüseynov iştirak ediblər.

 

Sizin Reklam Yeriniz