news Image
2017.02.17
16:59
| A A A
Bakıda evsizlər xəstəxanalara yerləşdirildi

Dünən 3 nəfər  evsiz şəxs  təcili yardım briqadaları vasitəsilə xəstəxanaya yerləşdirilib. Səhiyyə Nazirliyinin Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev  bildirib ki, həmin kimsəsiz şəxslər 6 nömrəli Birləşmiş Şəhər xəstəxanasına çatdırılıb.

R.Nağıyev onu da əlavə edib ki, mövcud qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar qarda yıxılma, xəsarət alma halları ilə hələki təcili yardıma müraciət edən olmayıb: " Bundan başqa soyuqdan donaraq ölüm halları da olmayıb. Sakitçilikdir". 

Bildirək ki, kimsəsiz şəxslərin xəstəxanalara yerləşdirilməsi prosesinə səhiyyə nazirinin əmri ilə ötən ildən başlanılıb. 2016-cı ildə ümumilikdə 400-ə yaxın kimsəsiz şəxs təcili yardım tərəfindən götürülərək xəstəxanaya yerləşdirilib.

Müəyyən yaşayış yeri olmayan kimsəsiz şəxslərə görə təcili yardım xidmətinə çağırış daxil olarkən, xəstə təcili yardım tərəfindən müvafiq müayinələrdən keçirildikdən sonra profil üzrə hospitalizasiya olunur. Diaqnozun dəqiqləşdirilməsi məqsədi ilə əlavə müayinələrə ehtiyac olduğu halda xəstə Bakı şəhərində yerləşən kliniki xəstəxanalardan birinə aparılır, müayinələrdən keçirilir, ehtiyac olarsa həmin klinikaya hospitalizasiya edilir. Klinikaya hospitalizasiya ehtiyac olmadığı halda xəstə, növbətçilik prinsipinə uyğun olaraq, 6, 7, 18, 26, 19 nömrəli Birləşmiş Şəhər Xəstəxanalarından birinə çatdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs