Əlaqə Arxiv
news Image
2013.02.01
12:58
| A A A
TQDK nazirliyə müraciət edib
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası məzunların şəxsiyyət vəsiqələri ilə daha tez təmin olunması üçün Daxili İşlər Nazirliyinə müraciət edib. Movqe.az-ın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə bildirib ki, bu il şəxsiyyət vəsiqəsi olmayan məzunlar buraxılış imtahanlarına buraxılmayacaq. Onun sözlərinə görə, şəxsiyyət vəsiqəsinin alınması üçün məzunlara kifayət qədər vaxt verilib: "16 yaşına çatmayanlara şəxsiyyət vəsiqələri rüsumsuz verilir. Rayonlarda kim müraciət etsə, ona bu sənəd 3 gün müddətində verilir. Vətəndaşlığı olmayan məzunlar da qərar qəbul etməlidir. Miqrasiya Xidməti onlara müvəqqəti də olsa, sənəd verməlidir".
Sizin Reklam Yeriniz