news Image
2017.02.17
19:54
| A A A
Artkaspi.az adlı ədəbi-mədəni saytın və “Kaspi Maarifçilik Meydanı” adlı kitabın təqdimat mərasimi keçirildi

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Artkaspi.az adlı ədəbi-mədəni saytın və “Kaspi Maarifçilik Meydanı” adlı kitabın təqdimat mərasimi keçirildi.  
Movqe.az  xəbər verir ki,  tədbiri açan Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov “Kaspi” qəzetinin dərc olunduğu illər haqqında məlumat verdi. O qeyd etdi ki, “Kaspi” qəzetinin 1897-ci ildən sonra çap olunduğu dövrü Azərbaycançılıq ideyasının  yayan dövr kimi xarakterizə edə bilərik: “Kaspi” qəzetində həm iqtisadi, həm siyasi, həm də  mədəniyyət barədə xəbərlər dərc olunurdu. Bu gün  “Kaspi.az” saytı da həmin ənənəni davam etdirir”. 

"Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva “Kaspi Maarçilik Meydanı” kitabı haqqında məlumat verdi.  Qeyd etdi ki, kitabda  dərc  olunan materillar “Kaspi” qəzetində yer almış mövzulardı r: “Zaman-zaman Həsən bəy Zərdabi, Əlimərdan bəy Topçubaşov, Nəriman Nərimanov, Hacı Zeynalabdin Tağıyev və başqa maariçilərimiz haqqında yazıları dərc etdik. Tağıyevin maarifçilərin sırasına aid edilməsinə  təəccüblənənlər də oldu. Bunu da biz cəsarət etdik. Bu gün Tağıyev  adını ziyalı qoyan çox ziyalıdan yuxarıda durur”.
Sona Vəliyeva bildirib ki, bu böyük şəxsiyyətlər haqqında Prezident Sərəncamı var. Kitabda Sərəncam və həmin şəxsiyyətlər haqda ekspertlərin rəyləri də öz əksini tapdı: “Biz düşündük ki, bu qədər qiymətli faktlar  bir qəzetin səhifəsində  tapılmaya bilər, kitab isə bir xəzinədir. Qərara gəldik ki, həmin məlumatları  bir kitab halına gətirək. Bunu “Kaspi Təhsil Şirkəti” və “Kaspi” qəzetinin birgə  layihəsi əsasında ərsəyə gətirdik”. 
Sona Vəliyeva əlavə edib ki, onlar haqqında kitabın çapına bu tarixi şəxsiyyətlərin hamıdan çox haqları var: “Çünki onlar sıradan maarifçilər deyillər. Onlar  maarifçilik ideyasını irəli sürüb milli şüurun oyanmasında, milli azadlıq hərəkatının formalaşmasında, AXC-nın qurulmasına qədər cəsarətli bir yol keçmiş, bəzən ölümü gözlərinin önünə almışlar. Əgər  Çar Rusiyası qəzetin çapına icazə verəndə bilsəydi ki, maarifpərvər şəxs tərəfindən alınacaq, Həsən bəy  Zərdabi dolayı yolla redaktorluq edəcək, Azərbaycan mətbuatına yenidən ağsaqqallıq edəcək buna icazə verməzdi”. 
“Kaspi” qəzetinin təsisçisi vurğulayıb ki, arxiv materiallarında  Jandarm İdarəsinin Mətbəə Senzura İdarəsinə yazdığı belə bir fikir var: “Deyilir ki, siz Tağıyevi sıradan iş adamı bilməyin, o, Orta Asiya, Rusiya və Qafqaz da daxil olmaqla çox  böyük nufuza malik istedadlı adamdır. Həmin yazıda Həsən bəyi  nəzərə  alaraq yazıblar ki, qəzeti  belə bir qorxulu adamın himayəsinə vermək olmaz”.
Sona Vəliyeva bildirib ki, Məhəmmədağa Şahtaxtinski “Kaspi”yə redaktor olduğu dövrdə “Zaqafqaziya müsəlmanlarını necə adlandırmalı?” məqaləsində azərbaycançılıq  məfkurəsinin əsası qoyur: “O deyir ki, bizim tarixi köklərimiz var  və bizi necə adlandırmaq lazımdır.  Bu məqalədən sonra Şahtaxtinskini orada saxlamaq mümkün olmur”.
Sona Vəliyeva deyib ki, həmin şəxsiyyətlər böyük çətinliklərdən keçərək senzuranı ələ ala biliblər və sonradan AXC-ni qurublar: “Onlar hər addımında Azərbaycan xalqının taleyini düşünmüşlər. Ə.Topçubaşovun  bir şüarı vardı: “Bir yolumuz var  - İstiqlal”. Ümummilli lider Heydər Əliyev hələ Naxçıvanda olduğu dövrdən AXC-nin bütün atributlarını qəbul etdi. Artıq 1993-cü ildə hakimiyyətə gəldikdən sonra  mühacir həyatı yaşayanların arxivi toplandı. Prezident İlham Əliyev Sərəncam imzaladı. Bizim də bu kimi işləri görməkdə əsas məqsədimiz odur ki, həmin şəxsiyyətlərin fəaliyyətinə bir daha nəzər salaq. Onların əməli hər zaman qiymətləndirilsin və  gələcək nəsil üçün mənbə rolunu oynasın”. 

Artkaspi.az saytının Baş redaktoru Fərid Hüseyn təqdim etdikləri saytın ədəbiyyat və mədəniyyət portalı olduğunu bildirdi: “Bu sayt "Kaspi” qəzetinin həftəlik Ədəbiyyat sayının əlavəsi kimi yaradılsa da, hər gün yenilənən müstəqil saytdır”.
F.Hüseyn bildirib ki, ölkəmizin ədəbiyyat, mədəniyyət, humanitar elm, kino, teatr kimi sahələrindəki yenilikləri, maarifləndirici yazıların dərc edən saytın məqsədi, ölkəmizin ədəbi və mədəni sahələr üzrə yeniliklərini dünyaya çatdırmaq, habelə bəşəri uğurları, dünyanın humanitar sahələrinin aparıcı şəxslərinin elmi, ədəbi irsini xalqımıza tanıtdırmaqdır: “Saytın "Elektron kitabxana” bölməsi fəaliyyət göstərir və buradan nəşriyyatlardan toplanmış, ən müxtəlif sahələri özündə birləşdirən minlərlə kitabı əldə edə biləcəksiniz. Habelə, saytın layihələri əsasında ən dəyərli materiallar elektron kitab kimi hazırlanır”.

“Kaspi” qəzetinin Baş redaktoru İlham Quliyev bildirib ki,  biz “Kaspi”ni 3 əsrin qəzeti  adlandırırıq və  tarixi “Kaspi”nin davamçısı olmağa çalışırıq: “Bir az əvvəl bizə məlum oldu ki, Avropa ölkələrinin birində qəzetin arxivi saxlanılır. Biz əlaqələrimizi işə saldıq və “Kaspi”nin elektron variantda Hollandiyada Cek Linson nəşriyyatının onlayn mətbəəsində saxlanıldığını bildik. Danışıqlar apardıqdan sonra qiymətli mənbəni ölkəmizə gətirmək üçün razılıq əldə  etdik.  Qərara gəldik ki, həmin arxivi PDF varianta salıb onlayn mənbədə yerləşdirək. Həmin mənbə bir  ildir ki, kaspi.az saytında yerləşir”. 

Tədbirdə “Kaspi” qəzetinin keçən əsrki arxivi M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirova təqdim edildi.  K.Tahirov qeyd etdi ki, “Kaspi” qəzetinin ənənələri bu gün davam edir: “Bu arxiv təkcə Azərbaycan xalqı üçün yox, Azərbaycanla maraqlanan insanların ən çox müraciət etdiyi mənbə olacaq.  Biz bu  mənbəni bütün dünyaya yayacağıq. “Kaspi” gözəl işlər görür”. 

Professor Cahangir Məmmədli  bildirdi ki, bu  gün  tamamilə formalaşmış məktəb var: “Bu yeni “Kaspi”nin və “Kaspi” Təhsil Mərkəzinin formalaşdırdığı məktəbdir. Bu məktəb ortaya qoydu ki, klassikaya sevgi və  məhəbbət yaratmaq lazımdır. Azərbaycanda klassikaya sevgi və məhəbbəti  bugünkü “Kaspi” yaratdı. Publisistləri Azərbaycan cəmiyyətinə yenidən təqdimatı isə təqdirəlayiqddir”.

Qeyd edək ki, tədbirdə İsa Hüseynovun həyat və yaradıcılığına həsr olunmuş “Ədəbiyyat Əlavəsi”nin xüsusi sayı da təqdim edilib. 

Tədbir çıxışlarla davam etdirilib. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs