Əlaqə Arxiv
news Image
2013.02.01
13:08
| A A A
Gülər Əhmədovanı Məlahət İbrahimqızı əvəzlədi
Milli Məclisin plenar iclasında parlamentin İntizam komissiyası və Hesablayıcı komissiyasının yenidən təşkili məsələləri müzakirə olunub. Movqe.az-ın məlumatına görə, komissiyaların tərkibi yalnız bir istisna olmaqla, əvvəlki kimi saxlanaraq yenidən təsdiqlənib. Belə ki, İntizam Komissiyasında deputat mandatı ləğv edilmiş Gülər Əhmədovanın yerinə deputat Məlahət İbrahimqızı seçilib. Qeyd edək ki, İntizam komissiyasına deputatlar Fəttah Heydərov, Məlahət İbrahimqızı, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa, Siyavuş Novruzov və Sədaqət Vəliyeva, Hesablayıcı komissiyaya isə İsa Həbibbəyli, Qüdrət Həsənquliyev, Rəfael Hüseynov, Xanhüseyn Kazımlı, Mübariz Qurbanlı, Zahid Oruc və Mixail Zabelin daxildir.
Sizin Reklam Yeriniz