Əlaqə Arxiv
news Image
2017.02.18
20:47
| A A A
Tapılan meyitin neftçinin olduğu dəqiqləşdi - Kimliyi açıqlandı

Ötən gün Xəzərin sahilində balıqçılar tərəfindən cəsədi aşkarlanan şəxsin kimliyi məlum olub.

Movqe.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı sosial şəbəkədə yazıb. O qeyd edib ki, Hamamdağ ətrafında balıqçıların dənizdən tapdığı cəsəd N.Nərimanov adına NQÇİ-də baş verən qəza vaxtı itkin düşmüş neftçıxarma operatoru Vidadi Qurbanova aiddir: “Qəza vaxtı itkin düşənlərin cəsədlərindən biri təsadüfən tapılıb, ikisini isə FHN yox, yerli balıqçılar tapıb”.

Sizin Reklam Yeriniz