Əlaqə Arxiv
news Image
2017.02.19
11:00
| A A A
Ağdamda minik avtomobili yanaraq kül olub
Hadisəyə elektirik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir

Ağdam rayonunda yanğın hadisəsi baş verib."Report" xəbər verir ki, hadisə rayonun Səfərli kəndində, Sabir Əliyevə məxsus yaşayış evində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil və dam yanaraq kül olub. Hadisəyə elektirik naqillərindəki qısaqapanmanın səbəb olduğu ehtimal edilir.
Ev sahibin sözlərinə görə, axşam saatlarında baş vermiş hadisədən ilk olaraq xəbər tutan ailənin gəlini olub. Yanğının qarşısını almaq üçün ilk müdaxiləni də ailə üzvləri ediblər. Daha sonra hadisə yerinə yanğınsöndürənlər də cəlb olunub.
Qeyd edək ki, yanğınsöndürənlərin müdaxiləsindən sonra alov ram edilib. Yanğının digər tikililərə kecməsinin qarşısı alınıb.

Sizin Reklam Yeriniz