Əlaqə Arxiv
news Image
2017.02.19
12:30
| A A A
Sahibsiz itlər Lerik sakininə hücum ediblər

Lerik rayon sakini sahibsiz itlərin hücumuna məruz qalıb. Hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, sahibsiz itlər kənd sakini, 1964-cü il təvəllüdlü Xanəbəy Dadaşova hücum ediblər. Üz və əl nahiyəsindən xəsarət alan sakin qonşuları tərəfindən Lerik Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Lerik Rayon Mərkəzi Xəstəxanasından “Report”a bildirilib ki, xəstəxanaya gətirilmiş yaralı Çayrud kənd sakini Dadaşov Xanıbəy Xeyrulla oğluna tibbi yardım göstərilib. Zəruri tibbi tədbirlər görülüb, onun yaraları tikilib. 

Hazırda onun vəziyyəti normaldır. (“Report”)

Sizin Reklam Yeriniz