Əlaqə Arxiv
news Image
2017.02.20
16:59
| A A A
Aqrar Universitetində növbəti elmi şura keçirilib

 

Azərbaycan Dövlət Aqrar Universitetində növbəti elmi şura keçirilib.Elmi şurada fakültə dekanlarının illik hesabatlarının yekunları, 2016/2017-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar qarşıda duran vəzifələr, professor-müəllim vəzifələrinin tutulması və cari məsələlər müzakirə edilib.
         ADAU-dan verilən xəbərə görə elmi şurada rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov deyib ki, aqrar sahənin inkişafına indi dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Bu da aqrar universitetin alimlərindən daha yaradıcı formada çalışmağı, elmi əsaslarla inkişafı təmin etməyi tələb edir. Əsas hədəfimiz universitetin mövcud maddi-texniki bazasından səmərəli istifadə etmək, tədrislə təcrübənin parallel tətbiğinin miqyasını genişləndirmək, gənc, perspektivli, müasir düşüncə tərzinə malik kadrları universitetdə pedaqoji işə cəlb etməkdir.
         Bu gün təhsil müəssisələrində kişi pedaqoqlara,  xüsusən fəlsəfə doktorlarına çox ehtiyacın olduğunu nəzərə alaraq universitetin elmi şurası sözügedən kadrların əməyinin stimullaşdırılması məqsədilə növbəti tədris ilindən büdcədənkənar vəsait hesabına onların aylıq əmək haqlarına əlavələrin edilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yeni istifadəyə verilən tələbə evində xüsusi otaqların ayrılması, fəlsəfə doktoru və elmlər doktoru dərəcəsi alan alimlərə pul mükafatlarının verilməsi haqqında qərar qəbul edib.

         Qərara alınıb ki, kənardan gələn fəlsəfə doktorlarının aylıq maaşlarına əlavə 300 manat, magistr dərəcəlilərə 250 manat, fəlsəfə doktorları təsdiqni alandan sonra birdəfəlik 500 manat, elmlər doktorları üçün birdəfəlik 1000 manat verilsin.ƏLİHÜSEYN ŞÜKÜROV.

Sizin Reklam Yeriniz