Əlaqə Arxiv
news Image
2017.02.22
12:10
| A A A
Bakıda daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilib
Bu məntəqələrdən 12-si müsabiqəyə çıxarılan yeni 125 nömrəli marşrut xəttinin keçdiyi ərazidə yerləşir

Bakı şəhərində daha 17 ünvanda yeni dayanacaq məntəqələri müəyyənləşdirilərək nişanlaşdırılıb. 

Bu barədə movqe.az-a Bakı Nəqliyyat Agentliyi (BNA) ictimai əlaqələr və maarifləndirmə şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib.
Onun sözlərinə görə, bu məntəqələrdən 12-si hazırda müsabiqəyə çıxarılan yeni 125 nömrəli müntəzəm marşrut xəttinin keçdiyi ərazidə, 5-i isə 1 nörməli müntəzəm marşrut xəttinin hərəkət trayektoriyasına yeni daxil edilən Ələsgər Qayıbov küçəsində yerləşir: "Bununla yanaşı yeni yaradılan Lökbatan Nəqliyyat Mübadilə Mərkəzində "Bakı Kart" ödəniş terminalları yerləşdirilib".

Sizin Reklam Yeriniz