Əlaqə Arxiv
news Image
2017.02.23
13:20
| A A A
İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini kim ödəyəcək?-Nazirlikdən rəsmi açıqlama

Gənclər və İdman Nazirliyi bəzi KİV-lərdə yayılan məlumatlara rəsmi aydınlıq gətirib. Movqe.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Səmaya Məmmədova açıqlamasında  ki, bəzi "media" orqanlarında Azərbaycanın İslam Həmrəyliyi oyunlarında Küveytin maliyyə xərclərini də öz üzrinə götürməsi ilə bağlı yalnış xəbərlər yayılıb:  "Küveyt istəsə belə, oyunlarda iştirak edə bilməz. Çünki, Küveyt Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən beynəlxalq yarışlardan iştirakdan uzaqlaşdırılıb. Azərbaycan Milli Olimpiya Komitəsi, İdman qurumları idman tədbirlərini BOK-nin tələbləri çərçivəsində həyata keçirdiyi üçün Küveytin Azərbaycana gəlməsi mümkün deyil".

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz