Əlaqə Arxiv
news Image
2017.02.24
09:07
| A A A
ADAU-nun fakültələrində Xocali faciəsinin iidönümü qeyd edilir

Azərbacan Dövlət Aqrar Universitetinin İctimai elmlər və multikulturalizm kafedrası Aqrar iqtisadyyat, Aqrobbiznes və idarəetmə fakültələrində Xocalı faciəsinin 25-ci ildönümünə həsr edilən  tədbir keçirib.
ADAU-dan verilən  xəbərə görə əvvəlcə Xocalı soyqırımında həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra kafedra müdiri, professor Azad Bayramov ən qəddar və amansız terror hadisələrindən biri olan Xocalı soyqırımı haqqında danışıb. Deyib ki, Xocalı soyqırımı 200 ildən artıq müddətdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırım siyasətinin qanlı səhifələrindən biridir. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələri keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan edib, dinc əhalini, xüsusilə uşaqları, qadınları, qocaları, ağlasığmaz vəhşiliklə öldürüb. A. Bayramov Xocalı soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə parlamentlərinə və beynəlxalq təşkilatlara çatdırılmasında görülən hüm işlərdən də  məlumat verib.
Kafedranın  müəllimlərindən E.Aslanov, Aqrar iqtisadiyyat fakültəsinin tələbələri  G.Seyidova, R.Məmmədov, Aqrobiznes və idarəetmə fakültəsinin tələbələrindən S.Həşimov, N.Allahverdiyevə, V.Əsədov çıxış edərək ermənilərin nəinki Xocalı, həmçinin müxtəlif vaxtlarda Qarabağın digər bölgələrində də törətdikləri qanlı cinayətlərdən bəhs ediblər.

ƏLİHÜSEYN ŞÜKÜROV

Sizin Reklam Yeriniz