Əlaqə Arxiv
news Image
2017.02.24
11:21
| A A A
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir

 Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının IX konfransına hazırlıq işləri uğurla davam etdirilir. Konfransa nümayəndələrin müəyyənləşdirilməsi və ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsi üzrə hazırlanmış qrafikə uyğun olaraq   Boradigah, Qızılavar və Boradigah Xəstəxana ərazi ilk partiya təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib.Yığıncaqda ərazi ilk partiya təşkilatlarının fəaliyyəti barədə yığıncaq iştirakçılarına ətraflı məlumat verilib və keçən konfransdan bu günədək görülən işlərdən danışılıb.
YAP Masallı rayon təşkilatının aparat rəhbəri Fəxrəddin Eyvazov partiyanın yaranma tarixindən, bütün seçkilərdə qazandığı qələbələrdən, partiyanın ölkəmizin və regionun ən güclü siyasi təşkilatı kimi dövlətimizin və xalqımızın mənafeyi naminə əzmlə fəaliyyət göstərdiyindən danışıb. 
Yığıncaqlarda ərazi ilk partiya təşkilatlar ının idarə heyətinin yeni tərkibi, sədri və müavinləri, həmçinin YAP Masallı rayon təşkilatının IX konfransına nümayəndələr seçilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

 

Sizin Reklam Yeriniz