Əlaqə Arxiv
news Image
2017.02.24
12:12
| A A A
MEK əməkdaşlari milli qəhrəmanlar haqqında məlumatları bir neçə dildə vikipediyada yerləşdirib

 Azərbaycan haqqında məlumat bazasının genişlənməsi və vikipediyanın etibarlı mənbələrlə zənginləşməsi üçün AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Sərbəst elektron resurslarla iş şöbəsinin əməkdaşları tərəfindən vikipediyaya məqalələrin əlavə edilməsi prosesi davam edir.
Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda canından keçmiş Qarabağ müharibəsi iştirakçısı olan Milli Qəhrəmanlar - Albert Aqarunov, Əlif Hacıyev, Əliyar Əliyev, Vəzir Orucovun Vikipediyadakı məqalələri italyan, fransız, ispan və alman dillərinə tərcümə edilərək xarici dillərdə olan Vikipediyalara yerləşdirilib. Tərcümə işi “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin təcrübəli mütəxəssisləri tərəfindən həyata keçirilib.
Milli Qəhrəmanlar haqqında məlumatlar beynəlxalq ictimaiyyətin düzgün məlumatlandırılması, onların dünyaya tanıdılması işinə ciddi töhfə sayıla bilər. 
Linkə daxil olmaqla, məqalələrlə tanış ola bilərsiniz:
Albert Aqarunov - italyan, fransız, ispan, alman
Əlif Hacıyev - fransız, ispan
Əliyar Əliyev – ispan, fransız, alman
Vəzir Orucov – inglis, ispan

Sizin Reklam Yeriniz