Əlaqə Arxiv
news Image
2017.02.24
11:06
| A A A
Azərbaycan Ağsaqqallar Şurası Xocalı soyqrımı qurbanlarını andı...Fotolar

Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Xocalı faciəsinin 25-ci ildönümü ilə əlaqədar “Ana fəryadı” abidəsini ziyarət ediblər. Movqe.az-ın məlumatına görə, Şura üzvləri adından abidənin önünə əklil qoyulub. “Ana fəryadı” abidəsinin üzərinə gül dəstələri düzülüb, Xocalı soyqrımının bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən qatı cinayət olduğu vurğulanıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov jurnalistlərə açıqlamasında bildirib ki, soyqrımın üstündən 25 il keçsə də, ermənilərin Xocalıda törətdiyi vəhşiliyi Azərbaycan xalqı unutmur, hər il bu faciə ürək ağrısı ilə yad edir: "Bu vəhşilik hər kəsin ürəyini ağrıdır. Tarixdə soyqrımlar, müharibələr çox olubdur. Amma Xocalıda dinc əhaliyə, insanlığa sığmayan vəhşilik edilib. Uşaqdan tutmuş qadına, qocaya qədər, fərq qoymadan onlara qarşı qəddarlıqla vandalizmi etmək tarixdə misli görünməmiş hadisədir. Ona görə də , xalqımız bu günü soyqırım günü kimi qeyd edir. Bütün dünya bilir ki, Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin tarixi, bu cür qanlı faciələrlə doludur. Bu qanlı faciələr heç vaxt unudulmayacaq. Erməni cəlladlarının bu əməli tarixə qanla yazıldı. Biz bu günü hər il  kədərlə yad edirik. Arzu edirik ki, dünyanın harasında olur olsun, insanların, insanlığın başına Xocalı soyqrımı kimi faciə gəlməsin. Bu gün bizim prezidentimiz cənab İlham Əliyevin apardığı dözümlülük, münaqişələri yalnız sülh yolu ilə həll etmək siyasəti tək bizim üçün yox, dünya xalqları üçün də əhəmiyyətlidir. Çünki əsrimiz münaqişələr əsridir. Böhranlar var, bu böhranlar sülhlə, dözümlüklə yoluna qoymaq lazımdır. Ümid edirik ki, bu münaqişələrə son qoyulacaq. Bizim işğal edilmiş torpaqlarımız geri qaytarılacaq. Bu facədən xilas olanlar öz doğma torpaqlarına qayıdacaq.  Bu yaxınlarda Cəbrayılın işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndindəki mənzərəni bütün dünya gördü. Ermənilər təkcə insanları qırmayıb, insanları köçkün salmayıblar. Bağ-bağatı, yaşayış evlərini də dağıdıblar. Bu, vəhşilikdir. Xalqımıza Xocalı soyqrımının 25-ci il dönümü münasibətilə dərin hüznlə başsağlığı verirəm. Nəinki burda, heç bir ölkədə insanların başına bu cür faciələrin gəlməməsin!"

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz