Əlaqə Arxiv
news Image
2017.02.24
12:17
| A A A
Xocalı soyqrımı qurbanlarını yad etmək üçün "Ana fəryadı" abidəsinə axın başlayıb-FOTOREPORTAJ

Bu gün səhər saatlarından başlayaraq Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən  "Ana fəryadı" abidəsi ictimaiyyət nümayəndələri tərəfindən ziyarət olunur.  Movqe.az-ın xəbərinə görə, çoxsaylı ziyarətçilər əllərində "Şəhidlər ölməz, Vətən bölünməz", "Xocalını unutmayaq", "Xocalının qisası sabaha qalmasın", "Xocalıya ədalət" və s. kimi şüarlarla Xocalı prospekti boyunca yürüş edir, abidəni önünə gül düzürlər. Hazırda da bu isiqamətə yollarda sıxlıq müşahidə olunur. Abidəni ziyarət edənlər arasında məktəblilər də var. Movqe.az-a Xətai Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, artıq bir aydır ki, Xocalı parkında abadlıq işləri aparılır: "Park boyu güllər, kollar, ağaclar əkilir. Xocalı parkının ətrafında soyqrımı əks etdirən, Xocalıya ədalətə səsləyən banerlər quraşdırılır. Ətrafdakı binaların şüşüləri, yollar təmizlənir. Rayon İcra Hakimiyyəti hazırda da abadlıq işlərini davam etdirir.  Movqe.az saytı  "Ana fəryadı" abidəsi önündən foto reportajı təqdim edir:

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz