Əlaqə Arxiv
news Image
2017.02.25
08:00
| A A A
Subasmalar probleminin əsas səbəbləri açıqlandı
Əziz Qaralov: “Bunun əsas səbəbi qurunt sularının səviyyəsinin həddindən artıq səthə yaxın olmasıdır” Ənvər Əliyev: “Subasmalar yağıntıların miqdarının çox düşməsi ilə əlaqədardır”

Məlumdur ki, son bir ay ay ərzində respublikanın müxtəlif bölgələrində ardıcıl subasma hadisələri yaşandı. Bütölükdə isə 2016-cı ildə Azərbaycanda subasma hallarının 2015-ci ilə nisbətən əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir. Cari ilin ötən dövrü ərzində də bu sahədə ciddi problemlər qeydə alındı.  Mütəxəssislər bu artımı ötən il düşən yağıntının artması ilə əlaqələndirirlər. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov da 2016-cı ildə 2015-ci ilə nisbətən daha çox subasma hadisələrinin baş verdiyini təsdiqlədi: “Ümumiyyətlə, 2016-ci ildə Abşeron yarımadasında bir çox yerlərdə subasma hadisələri baş verib. Həmçinin Zabrat gölü, Məhəmmədi kəndi ərazisində, Kürdəxanıda, Şuşa şəhərciyində, Qala qəsəbəsinin dəmiryolu xəttinə yaxın  ərazisində, Maştağada Savalan massivində, Binəqədi rayonunun bir neçə yerlərində  subasma hadisələri baş verdi. Bunun da əsas səbəbi qurunt sularının səviyyəsinin həddindən artıq səthə yaxın olmasıdır. Onun da səbəbləri həm il ərizndə yağıtının normadan artıq düşməsi, eyni zamanda ətrafda kanalizasiya, kollektor sisteminin, suötürücülərinin olmamasıdır. Su daxil olsa da, axarı yoxdur. O baxımdan göllərin səviyyəsi qalxır, subasma hadisələri daha çox qeydə alınır. Əsas səbəblər bunlardır. 
Eyni zamanda, nəzərə alaq ki, göllərin ərazisinə yaxın yerlərdə fərdi evlər, müəyyən iaşə obyektləri tikilib. Hamısının da çirkab, kanalizasiya suları birbaşa göllərə axıdılır. Bunlar da qurunt sularının səviyyəsinin yuxarı qaldırır ki, nəticədə subasmalar baş verir”.
Əziz Qaralov qeyd etdi ki, regionlarda ötən il sürüşmələr, çöküntü hadisələri daha çox baş verib: “Yenə də əməkdaşlarımız FHN və “Azərsu”nun əməkdaşları ilə birgə Ağsu aşırıma gediblər. Çünki son zamanlar Bakı-Ağsu yolunun 106-111, 130, 146 kilometrlərində sürüşmə hadisələri tez-tez baş verir. Hansı ki, bunların da hamısı qədimi sürüşmə sahələri olub daim sürüşməyə meyllidirlər. Ancaq tərəfimizdən müvafiq atlas tərtib edilib və yerli icra strukturlarına verilib. Sürüşmə  ərazilərinin coğrafi koordinatları, sərhədləri göstərilib. 2016-ci ildə yağıntıların normadan artıq düşməsi səbəbindən həmin əraziləridə sürüşmələr baş verdi. Faktiki, hazırda da sürüşmələr davam edir”.
AMEA Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri Ənvər Əliyev bildirdi ki, təbiət hadisələrini əvvəlcədən proqnoz etmək çətindir: “Alimlərin bir çoxu ötən il quraqlığın olacağını demişdi. Amma hazırda subasmadan danışılır. Subasmaların səbəbləri də aydındır. Burada qeyri-adi nəsə yoxdur. Çünki təbiətin özünəməxsus qanunları var. Ona görə də yaşanan hadisələri adi təbiət hadisəsi kimi qəbul etmək lazımdır. 
 Oxşar hadisələr tək Azərbaycanda yox, bütün dünyada baş verən təbii proseslərdir. 2016-ci ildə yağıntının miqdarı çox düşübsə, bu il daha çox ola bilər. Yaxud da əksinin olması mümkündür. İndki hadisələr Azərbaycan təbiətinin tarixən formalaşmış hissəsidir. Azərbaycanda qeyri-adi təbəit hadisəsi o zaman olardı ki, Hindistandakı qədər yağıntı yağsın, ya da hava Ərəbistandakı qədər quraqlıq keçsin”.
Ənvər Əliyev əlavə etdi ki, subasmalar yağıntıların miqdarının çox düşməsi ilə əlaqədardır: “Bütövlükdə təbiətin fəsillər üzrə yağıntıların paylanma qanunauyğunluqları var. Məsələn, yazın sonu, payızın əvvəli yağıntılar daha çox olur. Amma il haqqında əvvəlcədən proqnoz vermək mümkün deyil”.
Mübariz BAYRAMOV

Sizin Reklam Yeriniz