Əlaqə Arxiv
news Image
2017.02.27
10:32
| A A A
Azərbaycanda peyvəndlərlə bağlı-YENİLİK-Özəl
Afaq Əliyeva: "Bu peyvəndləmə ilə bağlı aparılan işə nəzarəti gücləndirmək imkanı verəcək"

Azərbaycanda uşaqlara vurulan peyvəndlərə nəzarət sisteminin gücləndirilməsində yenilik baş verəcək. Bu barədə Movqe.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva  məlumat verib. A. Əliyeva bildirib ki, ilin sonuna qədər, Bakı, eləcədə respublikanın digər rayon və şəhərləri üzrə təqvimə daxil edilən peyvəndlər, uşaqlara vurulan peyvəndlərin elektron hesabatı aparılacaq. A. Əliyevanın sözlərinə görə, ötən ilin sentyabr ayından etibarən uşaqlara vurulan peyvəndlərin elektron sistemə daxil edilməsinə başlanılıb: "Artıq 2008-ci ildən etibarən uşaqlara vurulan peyvəndlər onların elektron sağlamlıq kartına daxil edilir. Amma ilin sonunadək uşaqlara vurulan peyvəndin hesabatını da sistem özü hazırlayacaq. Bu peyvəndləmə ilə bağlı aparılan işə nəzarəti gücləndirmək imkanı verəcək. Yəqin ki, rayonlarda da bu iş tam başa çatdıqdan sonra, ilin sonuna qədər peyvəndə dair hesabatın ölkə üzrə elektron hazırlanması prosesi tam istifadəyə veriləcək. Bu o deməkdir ki, sistem tam işə düşdükdən sonra nə qədər uşağa, hansı peyvəndlərin vurulduğu barədə hesabatı sistem özü avtomatik hazırlayacaq".

Zülfiyyə QULUYEVA  

Sizin Reklam Yeriniz