Əlaqə Arxiv
news Image
2017.02.27
13:37
| A A A
Böyük Britaniyada Xocalı şəhidləri anılıb

Böyük Britaniyanın Aberdin şəhərində Aberdin Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
 
Movqe.az-ın məlumatına görə, mərasimdə Aberdin Azərbaycan Cəmiyyətinin üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Cəmiyyətinin sədri, Aberdin Universitetinin tələbəsi Kənan Əliyev Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirib. 
 
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilib.

APA

Sizin Reklam Yeriniz