Əlaqə Arxiv
news Image
2017.02.27
16:55
| A A A
“Bizə “niyə”, “nə üçün” sualını unutdurublar”
Bahadur Əsədov: “Sözügedən binalarda liftin işləməməsi Bakı şəhər mənzil kommunal təsərrüfat departamentinin “Azərişıq” ASC-a olan pul borcuna görədir.” Mayis Piriyev: “Problem sakinlərin aylıq ödənişlər ödəməməsi ilə bağlıdır”

“Bizə “niyə”, “nə üçün” sualını unutdurublar”. Bu sözləri Əhmədli qəsəbəsinin sakini lift problemindən gileylənərkən bildirdi. Qəsəbənin Sarayev küçəsi 12, 14 və 20 ünvanında yaşayan sakinlərin sözlərinə görə, artıq 18 gündən çoxdur ki, liftləri işləmir. Səbəb də liftə verilən işığın kəsilməsidir. Müraciət etdikləri instansiyalar isə bir-birilərini günahlandırırlar. Sakinlərin sözlərinə görə, sözügedən binalar əvvəllər Dövlət Neft Şirkətinin balansında olub. Ancaq sonradan Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin nəzninə verilib. Problem də məhz həmin ildən başlayıb. Bugünə qədər hər ilin əvvəlində liftləri bir neçə ay işləmir. Problemlə bağlı  Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamenti ilə əlaqə saxladıq. Departamentin baş mühəndis Bahadur Əsədov movqe.az-a faktı təsdiqlədi. O, bildirdi ki, sözügedən binalarda liftin işləməməsi Bakı şəhər mənzil kommunal təsərrüfat departamentinin “Azərişıq” ASC-a olan pul borcuna görədir. Bizə isə pulu Bakı Maliyyə İdarəsi ödəməlidir ki, biz də işığın pulunu verə bilək. Ancaq həmin vəsait hər il olduğu kimi, bu il də köçürülməyib. Ona görə də “Azərişıq” liftlərin işığını kəsib”.

Maliyyə nazirliyi isə ittihamlarla razılaşmır. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Mayis Piriyev movqe.az-a bildirdi ki, lift pulları sakinlərdən ödəniş əsasında olur: “Orada dövlətin datasiyası cüzidir. Yəni problem sakinlərin aylıq ödənişlər ödəməməsi ilə bağlıdır. Demək olar ki, sakinlərin heç 10 faizi lift pulunu ödəməyib”.

Mübariz BAYRAMOV

 

 

Sizin Reklam Yeriniz