Əlaqə Arxiv
news Image
2017.02.28
15:36
| A A A
“Binqo+8”dən 8 ədəd 10 000 manatlıq 8 mart hədiyyəsi!

Yanvar ayının ilk üç həftəsində lotereyalarda qeydə alınan üç “Cek Pot” uduşu 2017-ci ilin uduşlarla zəngin olacağından xəbər verirdi və budur, “5/36” lotereyasının 6 fevral tarixli tirajında 16.839 manat məbləğində “Cek Pot” uduşu qeydə alındı! Daha bir lotereya iştirakçısı uduş sevincini yaşadı. Hazırda lotereya bazarında iştirakçılara, müxtəlif zövqlərə uyğun maraqlı lotereyalar, çoxsaylı sanballı uduşlar təklif edilir və bu təklifləri yetərincə dəyərləndirməklə Siz də uduş sevincini dada bilərsiniz! Baharın ilk ayında da bir neçə unikal layihə Sizin ixtiyarınıza veriləcək. Bu layihələrdən “Binqo+8” lotereyasını xüsusi qeyd etməyə dəyər. Artıq fəaliyyətdə olan “Binqo+8” mart ayının 8-də başa çatır. Bu gözəl bayram günü saat 19.30-da “Binqo+8”-in tirajında iştirakçıları irili xırdalı çoxsaylı pul uduşları ilə yanaşı 8 ədəd 10.000 manatlıq uduş gözləyir. Bu unikal lotereyanın tirajı beş turdan ibarətdir. Birinci turda lotereya biletinin istənilən üfüqi sıralarından hər hansı bir, ikinci turda hər hansı iki, üçüncü turda hər hansı üç, dördüncü turda hər hansı dörd üfüqi sırası ən tez dolmuş bilet(lər) uduşlu sayılır. Bu turların hər birində qalib gələn bilet 10.000 manat udur. Beşinci turda beş üfüqi sırası ən tez tam dolmuş bilet də 10.000 manat udur! Yeri gəlmişkən, bu lotereyada uduşlar öz sahiblərini əsas turlardan əvvəl tapırlar. Belə ki, əsas oyuna əlavə olaraq biletlərin seriya nömrələri ilə “həvəsləndirici” tur keçirilir və seriya nömrəsi lototrondan çıxan altı rəqəmə uyğun gələn bilet 10 000 (on min) manat udur. Bundan sonra oyun zamanı qalan gedişlərdə tam dolmuş bütün biletlər çoxsaylı pul uduşlarını udurlar. Əsas oyunun bütün turlarının qalibliyinə ilk namizədlər (ilk gözləyənlər) mükafatlandırılırlar. Əsas turlar başa çatdıqdan sonra da uduşlar iştirakçılara sevinc gətirməkdə davam edir. Belə ki, bu mərhələdə iki dəfə dalbadal keçirilən “həvəsləndirici” turlarda seriya nömrələri lototrondan çıxarılan altı rəqəmə uyğun gələn biletlərin hər biri 10 000 (on min) manat udurlar. Bundan başqa, əsas turlardan öncə və sonra keçirilən həvəsləndirici turlarda seriya nömrəsinin son iki rəqəmi lototrondan çıxarılmaqla müəyyən edilmiş iki rəqəmlə uyğun gələn minlərlə biletin hər biri daha 2 manat udur. “Həvəsləndirici” turlarda uduşlu nömrə satılmamış lotereya biletinə təsadüf etdiyi halda şarlar yenidən lototrona qaytarılır və bu prosedur uduş öz sahibini tapana qədər davam edir. Başqa sözlə bu uduşlar 100% uduşludur. Son illər lotereyasevərlər arasında xüsusi rəğbətlə qarşılanan ənənəvi “Binqo+8” lotereyası bayram öncəsi nəfis bayram açıqcası, 8 mart axşamı isə 8 ədəd 10.000 manatlıq hədiyyə sandıqçasıdır. İştirak edin, udun və qürrələnin!

Mart ayında lotereyasevərləri daha bir pozitiv sürpriz gözləyir. Fəaliyyətində şəffaflığa, lotereya iştirakçıları ilə daimi əlaqələrə xüsusi önəm verən “Azərlotereya” ASC lotereya istehlakçıları arasında mütəmadi keçirilən rəy sorğularına əsaslanaraq hazırda keçirilən həftəlik lotereyalardan birini daha maraqlı layihə ilə əvəzləyir. Belə ki, “Super Loto” öz yerini “4+4” adlanan yeni lotereyaya verir. Mart ayının 10-da saat 21.25-də “Space” TV-nin canlı yayımında “4+4” lotereyasının ilk tirajı keçiriləcək. Unikal “4+4” lotereyasının tirajı iki lototron vasitəsi ilə keçirilir. Hər iki lototrona 1-dən 20-dək nömrələnmiş şarlar yerləşdirilir. Birinci lototrondan çıxarılmış nömrələr “A” lövhəsi üçün, ikinci lototrondan çıxarılmış nömrələr “B” lövhəsi üçün olmaqla hər lototrondan dörd nömrə çıxarılır və lövhələrdən birində dörd digərində üç nömrə lototronlardan çıxan nömrələrlə uyğun gələn bilet sanballı “Cek Pot”u, lövhələrinin hərəsində dörd nömrə lototronlardan çıxan nömrələrlə uyğun gələn lotereya bileti isə möhtəşəm “Meqa Pot”u udur! “Cek Pot” və “Meqa Pot”-dan əlavə lototrondan çıxmış şarların nömrələrinin lotereya biletinin uyğun lövhələrində əks olunmuş nömrələrlə üst-üstə düşməsi ilə daha doqquz halda bilet uduşlu sayılır. Belə ki, lövhələrdən birində iki digərində bir, lövhələrin hərəsində iki, lövhələrdən təkcə birində üç, lövhələrdən birində üç digərində bir, lövhələrdən birində üç digərində iki, lövhələrin təkcə birində dörd, lövhələrdən birində dörd digərində bir, lövhələrdən birində dörd digərində iki nömrə lototronlardan çıxan nömrələrlə uyğun olan bütün biletlər uduşludurlar. Qoy gözəllik və bərəkət ayında biletləriniz uduşlu, bütün addımlarınız uğurlu olsun!

Sizin Reklam Yeriniz