news Image
2017.03.01
10:22
| A A A
MEK-in vikipediya təlimlərində iştirak edən tələbələrə sertifikatlar verilib

AMEA Mərkəzi Elmi Kitabxanasında “Vikipediyada məqalələrin yerləşdirilməsi” mövzusunda təlimlər keçirilib.Fevral ayı ərzində keçirilən təlimdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə yanaşı, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, eləcə də başqa dövlət təşkilatlarının əməkdaşları iştirak edib.

MEK-in Sərbəst elektron resurslarla iş şöbəsinin (SER) əməkdaşları tərəfindən keçirilən təlimlərdə Vikipediyadan istifadə qaydaları, qeydiyyatdan keçmə, Azərbaycan, rus və ingilis dillərində məqalələrin yaradılması, adlandırılması, mətnin vikiləşdirilməsi, mənbələrin əlavə edilməsi öyrədilib. İştirakçılar qazandıqları bilikləri tətbiq etməklə Vikipediyada məqalələr yerləşdiriblər. 
Sonda fərqlənən iştirakçılara sertifikatlar təqdim edilib

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs