Əlaqə Arxiv
news Image
2017.03.01
10:40
| A A A
Marşurut sahiblərini inzibati cəza gözləyir-Açıqlama

Sərnişin daşıyan avtobuslarda GPS sistemi vasitəsi ilə əldə edilən nöqsanlar müvafiq dövlət qurumlarına göndəriləcək. Bu barədə Movqe.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin  (BNA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev məlumat verib. M. Ağayev bildirib ki, GPS sistemi işə salınandan sonra Bakı şəhərində müntəzəm sərnişindaşımaya cəlb edilən bütün sərnişin avtobuslarının hərəkət sürətlərinə, müəyyən edilmiş sxemi üzrə hərəkət edilməsinə nəzarət təmin edilib: " Sistem işə düşdükdən sonra  demək olarki bütün marşrut xəttləri üzrə nöqsanlar aşkar edilib. Aşkarlanan nöqsanlarla bağlı da bütün daşıyıcılara hələki xəbərdarlıq məktubları göndərilib. Bu xəbərdarlıqlar eyni zamanda daşıyıcılar BNA-ya dəvət edilməklə sifahi formada da edilib”.

Mais Ağayev bildirib ki,  nöqsanlar əsasən avtobusların sürət həddinə əməl etməməsi, hərəkət sxemindən çıxmalar, heç bir ciddi əsas olmadan intervalların uzadılması, dayanacaqdan kənar saxlamalarla bağlıdır.
M. Ağayev onu da bildirib ki, BNA öz salahiyyətləri çərçivəsində tədbirlər görür: “Lakin bildirmək istəyirik  ki, daşıyıcılar fəaliyyətlərində müsbətə doğru dəyişiklik edib nöqsanları aradan qaldırmayacağı təqdirdə GPS sistemi vasitəsi ilə əldə edilən məlumatlar müvafiq dövlət qurumlarına da təqdim ediləcək ki, inizbati tədbirlər görülsün”.

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz