news Image
2017.03.03
13:48
| A A A
Aqrar universitetin aqronomluq fakültəsində təbiəti sevənlər unudulmur adli semminar keçirilib

Azərbaycanıngörkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elmxadimi, akademik Həsən Əlirza oğlu Əliyevin anadan olmasının 110 illi tamamolur.
ADAU-nunmətbuat xidmətindən Movqe.az-a bildirilib ki, bu münasibətlə təhsil müəssisəsinin Aqronomluqfakültəsində geniş tərkibdə semminar keçirilib.
Azərbaycandacoğrafiyanın, torpaqşünaslığın, əkinçiliyin, bitkişilik elmlərinin müxtəlif sahələrinintəşəkkül tapmasında, bir sıra yeni elmi istiqamətlərin, o cümlədən ekologiya vəmeşəşiliyin simasının müəyyənləşməsində Həsən Əliyevin müstəsna xidmətlərindəndanışılıb. Semminarı universitetin rektoru,  AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovaçıb və deyib ki, Həsən Əliyev bütün zəngin fəaliyyəti boyunca ətraf mühitinmühafizəsi, ekoloji tarazlıq və ölkənin təbii sərvətlərindən səmərəli istifadəüzrə kompleks proqram və silsilə layihələri daim uğurla həyata keçirib. Azərbaycanın elm xəzinəsinə dəyərli töhfələrverən görkəmli alim, bacarıqlı elm təşkilatçısı və tanınan ictimai xadim HəsənƏliyevin 110 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi iləAzərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb.
         ADAU-un Aqronomluq fakültəsinin Ekologiya və meşəçilkkafedrasının professoru Zakir  İbrahimov məruzəsindəvurğulayıb ki, Həsən müəllim üçün torpaq və vətən anlayışı olduqca müqəddəsidi. Bu müdrik insanın fikrincə,torpaq ona görə cazibədardır, doyumsuz və həmişə cavandır ki, ona anamızın südühopmuşdur, atalarımızın çörəyinin ətri, dadı qarışmışdır, xalqımızın maddi vəmənəvi dünyasının inciləri, ləyaqəti onda yuva salmışdır. Təsərrüfatsızlıqucundan eroziyaya uğrayan bəhrəsiz torpaqlara acıyaraq akademik yazırdı: “İnsanlarbaşa düşməlidir ki, bizə “dərisi soyulmuş”, meşəsi, quşu məhv olmuş,dava-dərmandan gömgöy göyərmiş “ölü” torpaq deyil, bayram libaslı, baharnəfəsli, quş nəğməli, bağlı-bağatlı, hər qarışı bərəkətli torpaq lazımdır.Torpaq bizim ilk və son beşiyimizdir. İndi torpaq insanların günahı ucbatındanölü varlığa çevrilir. Torpağın özü-özünə yük olur. Torpağı simasızlaşdırmaqcinayətdir, təmiz çölləri qorumaq, münbitləşdirmək lazımdır. Torpağı vicdanla,məsuliyyətlə, nizam-intizamla becərsən, o, bizdən heç nəyini əsirgəməz. Həqiqisahibi olmayan torpaq yetimdir.  Hər şeytorpağın üstündə bitir. Bu mənada insan üçün torpaqdan kənar təbiət anlayışıyoxdur”.
Çıxışlarda isə Həsən Əliyevin cəmiyyətin ekolojimaariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyükəhəmiyyət verməsindən danışılıb, bildirilib ki, akademikin "Həyəcantəbili" əsəri təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı,hərarətli müraciət, çağırışdır.
Qeyd edək ki, Azərbaycanıngörkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elmxadimi, akademik Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Zəngəzur qəzasının Comərdli kəndində anadan olmuşdur. Böyük Vətən Müharibəsinin (1941-1945) iştirakçısı olmuşdur.

Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunun elmi işlər üzrə direktor müavini (1944-1949), eyni zamanda Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim (1945-1949), Azərbaycan SSR Elmlər Akademiyası Botanika İnstitunun direktoru (1949-1952), Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirinin birinci müavini və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1952), Azərbaycan SSR Elmlər Akademiyasının akademik-katibi (1952-57), Azərbaycan SSR Elmlər Akademiyası Torpaqşünaslıq və Aqrokimya İnstitunda laboratoriya müdiri (1957-1967), Azərbaycan SSR Elmlər Akademiyası Coğrafiya İnstitunun direktoru (1968-1993) vəzifələrində işləmişdir.

Əsas elmi fəaliyyəti torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edir. Keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılırdı. O Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf etmişdir.


Həsən Əliyevin təsvir edildiyi poçt markası (1998).
Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və onların mühafizəsinin təşkili H.Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının və suyunun mühafızəsi sahəsində onun xidmətləri əvəzsizdir. O, cəmiyyətin ekoloji maariflənməsinə, təbiətin mühafizəsi haqqında biliklərin təbliğinə böyük əhəmiyyət verirdi.

Əliyevin "Həyəcan təbili" əsəri (Bakı, 1976, 1982) təbiətin və ətraf mühitin qorunması üçün insanlara ağrılı, hərarətli müraciət, çağırışdır. Əliyev coğrafiya elmləri üzrə bir sıra problem şuralarının sədri və üzvü olmuşdur. Yüksək ixtisaslı kadrlar hazırlanmasında böyük xidməti var. Azərbaycan Respublikası Təbiəti Mühafizə Komitəsinin yaradıcısı və cəmiyyətinin sədri və Azərbaycan Coğrafiya Cəmiyyətinin prezidenti (1975-1990), "Azərbaycan təbiəti" məcmuəsinin baş redaktoru (1975-ci ildən) idi. Əliyev Yunanıstan (1958), Polşa (1960), ABŞ (1964, 1977), Rumıniya (1966), İsveçrə (1966), Avstraliya (1968), Kanada (1978), Yaponiya (1980), Almaniya (1981) və s. ölkələrdə keçirilmış beynəlxalq konqreslərdə məruzələr etmişdir.


Həsən Əliyevin Səməd Vurğun küçəsindəki barelyefi
Azərbaycan SSR Ali Sovetinin (10-11-ci çağırış) deputatı olmuşdur. Lenin , Oktyabr İnqilabı, Qırmızı Əmək Bayrağı, Qırmızı Ulduz, Vətən müharibəsi, Şərəf nişanı ordenləri, SSRİ Elmlər Akademiyasının N. İ. Vavilov adına Qızıl medalı ilə təltif edilmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu Əliyevin adınadır. Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü olmuşdur.
2 fevral 1993-cü ildə Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn edilmişdir.

 

ƏLİHÜSEYN ŞÜKÜROV

Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 5Quraşdırılmış təsvir 4

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs