news Image
2017.03.03
16:14
| A A A
"Bakcell" abunəçiləri “Instagram”dan pulsuz istifadə edə bilərlər

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti öz abunəçiləri üçün növbəti unikal internet təklifini təqdim edir.

Bundan sonra smartfonu olan bütün Bakcell abunəçiləri eksklüziv Instagram paketləri ilə “Instagram”dan pulsuz istifadə edəcəklər. Paketlər həm fakturasız, həm də fakturalı xətt abunəçiləri üçün təklif olunur.

Yeni Instagram paketlərinə internetdə istənilən məqsədlər üçün istifadə olunan əsas trafik həcmi (MB) və xüsusi bonus – Instagram istifadəsi üçün pulsuz trafik daxildir. “Instagram”dan pulsuz istifadə üçün verilən trafik həcmi (MB) əsas internet həcminə bərabər olacaq və abunəçilərə əsas trafikdən istifadə etmədən müxtəlif şəkil və videolar yükləməyə və xəbər lentini nəzərdən keçirməyə imkan verəcək.
Əsas paketdə təqdim edilən trafik tükəndikdən sonra, əlavə hər 1 MB üçün xidmət haqqı 0.05 AZN təşkil edəcək.

Yeni paketlərin üstünlükləri və aktivləşdirmə kodları aşağıdakı cədvəldə əks olunub:

Əsas paket
Instagram trafiki
Aktivləşdirmə kodu
Qiymət (ƏDV daxil)
1 GB
+ 1 GB
*134*11#YES
6 AZN/aylıq
2 GB
+ 2 GB
*134*22#YES
8 AZN/ aylıq
3 GB
+ 3 GB
*134*33#YES
10 AZN/ aylıq
5 GB
+ 5 GB
*134*55#YES
12 AZN/ aylıq
iOS, Android, Windows, Blackberry və digər əməliyyat sistemləri ilə çalışan bütün smartfon istifadəçiləri yuxarıdakı təklifdən faydalana bilər. Qiymətlərə bütün müvafiq vergilər daxildir.

Yeni Instagram trafikini yoxlamaq üçün Bakcell abunəçiləri sadəcə *134*559#YES yığmalıdır. Onlar həmçinin *134*555#YES yığmaqla paketi yenidən əldə edə və ya *134*0#YES yığmaqla xidməti deaktivasiya edə bilər.

Abunəçinin balansında kifayət qədər məbləğ olduğu halda, yeni “Instagram” paketləri hər ay avtomatik qaydada yenilənəcək.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

5300-dən artıq baza stansiyası sayəsində Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93% -ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan Bakcell şirkəti öz Sür@ xidməti və yeni əməkdaşlıqlar vasitəsilə Azərbaycan xalqını ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin edir. “Bakcell”in 3G xidməti Azərbaycanın bütün regionlarında mövcud olmaqla əhalinin 93%-ni əhatə edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs