Əlaqə Arxiv
news Image
2012.04.24
16:55
| A A A
İsti havada düzgün sərinləməyin yolları

Bu haqda Movqe.Az-a həkim-terapevt Nəcibə Axundzadə açıqlama verdi.

Həkimin sözlərinə əsasən, isti havada sərinləməyin ən yaxşı və sadə yolu sərin məkanlarda qalmaqdır. Kondisioner olan məkan yoxdursa, ağac kölgəsi altında qalmaq məsləhətdir.

Həkim N. Axundzadə isti havalarda çox mayə qəbul etməyi tövsiyyə etdi.

"Bu vaxtı spirtli içki içmək məsləhət deyil. Orqanizm onsuzda stres keçirdir, spirtli içkilər isə, orqanizmin steslə mübarizəsinə mane olur. Spirtli içkilər orqanizmi istiyə qarşıda zəiflədir", -N.Axundzadə dedi.

Həkim isti havalarda orqanizmi sərinlətmək üçün nəmli salfetləri alına və üzə qoymağı tövsiyyə etdi: "Bu temperaturu aşağı salmağın ən yaxşı yoludur".

Türkan Nadirqızı

Mövqe.Az 

Sizin Reklam Yeriniz