news Image
2017.03.06
10:18
| A A A
Avtobuslarda xuliqanlıq edənlərin videogörüntüləri polisə göndərəcək-Açıqlama

 “Bakubus” avtobuslarında tavanla-oturacağın yerini dəyişik salan sərnişinin fotosu sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. Movqe.az-ın məlumatına görə, fotonu paylaşan  “Bakubus”MMC-nin mətbuat katibi Mənsur Priyev sərnişin məsuliyyətsizliyinə diqqət çəkərək bunları qeyd edib: "“Həyat dəyişir, inkişaf edir, ancaq təəssüf ki, bəzi sərnişinlər illərdən bəri formalaşmış vərdişlərini tərgidə bilmir”.

M. Piriyev Movqe.az-a açıqlamasında bildirib ki, bəzən sərnişinlər ictimai nəqliyyatda məsuliyyətsiz davranmaqdan belə çəkinmirlər: "Bəzən avtobusa daxil olan sərnişinlər heç bir məsuliyyət hiss etmədən sürücülərə, hətta digər sərnişinlərə qarşı kobudluq, aqressivlik nümayiş etdirirlər. Eyni zamanda avtobusun salonunu çirkləndirən, məişət tullantılarını, ərzaq qalıqlarını avtobusa ataraq antisanitar vəziyyət yaradan, oturacaqları zədələyən, yazan sərnişinlərimiz var. Bütün bunlar diqqətə alınmalı və cəmiyyətdə sərnişin məsuliyyəti anlayışı formalaşmalıdır".

M. Piriyev deyir ki,  həmçinin intervallarla bağlı daxil olan şikayətlər araşdırıldıqda görürük ki, bəzən sərnişinlər özləri də intervallarda gecikmələrin yaranmasına təsir göstərirlər: "Müşahidələr göstərir ki, əsasən səhər saatlarında işə və axşam isə evə tələsən sərnişinlər ödəniş kartlarının oxudulması qaydasına yetərincə əməl etmirlər. Bəzən dayanacaqda avtobusa minməyə çalışan 20,30 nəfərin olmasına baxmayaraq, sərnişinlər validatorun qarşısında ödəniş kartını çıxarmaq üçün ciblərini, çantalarını axtarır. Nəzərə alsaq ki, həmin vəziyyətdə avtobusa minməyə çalışanlar içərisində yaşlı insanlar, uşaqlı və ya hamilə qadınlar var onda sərnişinlərin ödəniş kartını əvvəlcədən hazır tutmalarının nə qədər vacib olduğunu görərik. Eyni zamanda uşaqları və ya daşıdıqları əşyaları avtobusun girişində saxlayıb ödəniş kartına pul vurmaq üçün avtobusu ləngidən sərnişinlər də var".

M. Piriyev qeyd edib ki, ümumiyyətlə, ictimai nəqliyyatdan istifadə edən sərnişinlərimiz avtobusa daxil olarkən və ya düşərkən nəzərə almalıdırlar ki, ləngimələrə yol vermək olmaz. 

M. Piriyev hazırda bəzi xətlər üzrə avtobusun detallarına zərər verən, sındıran, cızan sərnişinlərin videogörüntülərinin hüquq mühafizə orqanlarına göndəriləcəyini söylədi: "Qərəzli şəkildə müasir, təmiz avtobus salonunda oturacağı yazan, cızan, deşən sərnişinlərin videogörüntüsünü hüquq mühafizə orqanlarına yollamışıq. 21 nömrəli avtobusda da bu tip sərnişinlər var. Yəqin ki, məsələ araşdırıldıqdan sonra onlara "Bakubus" MMC-ə vurduqları ziyan ödətdiriləcək. 

Zülfiyyə QULUYEVA  

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs