news Image
2017.03.06
16:47
| A A A
Ağcabədidə qumbara tapılıb (FOTO)

Ağcabədidə qumbara aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən  Movqe.az-a verilən məlumata görə, martın 6-da Ağcabədi rayonu, İmamqulubəyli kəndində bir otlaq sahəsinə baxış keçirilib, 1 ədəd F-1 əl qumbarası aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 2000 kv.m ərazi yoxlanılıb (FHN-in Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı - məlumata əsasən Ağdam rayonu, faktiki olaraq Ağcabədi rayonu ərazisində)

Ümumilikdə Agentlik tərəfindən 1 yanvar – 6 mart 2017-ci il tarixlərində Ağdam, Agcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Tovuz, Lənkəran və Cəbrayıl rayonları, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 5 otlaq sahəsinə, 2 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 126 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, su arxına, drenaj kanalına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbiristanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 1 973 ədəd partlamamış hərbi sursat, 66 ədəd tank əleyhinə mina və 5 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib, 879 516 kv.m ərazi (430 574 kv.m ərazi əl ilə, 207 000 kv.m ərazi mexaniki üsulla, 113 000 kv.m ərazi SENSYS dərinlik ölçən cihazı və 128 942 kv.m ərazi minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs