Əlaqə Arxiv
news Image
2017.03.07
10:11
| A A A
Gəncə şəhərində dinləmələr təşkil edilib

İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) növbəti dinləmələri martın 2-də Gəncə şəhərində təşkil edib. Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan “Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində Dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim etdilər.

Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.

Tədbiri giriş sözü ilə ekspert Rövşən Novruzov açaraq layihənin bu günə qədər icrası barədə məlumat verdi. Sonra Gəncə şəhəri icra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Şəhər rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, İSİM-ə və Aİ-yə bu tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirdi.
Tədbir iştirakçıları onları narahat edən sualları və təkliflərini səsləndirməyə başladılar. Belə ki, :
-    Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə şöbəsinin sədri Elmira İsmayılova əliliyi olan insanların ali məktəblərdə təhsil ödənişindən azad olmaq məsələsini gündəmə gətirib, xahiş etdi ki, bu məsələyə xüsusi diqqət yetirilsin, çünki əliliyi olan gənc tələbələr təhsil ödənişinə görə əziyyət çəkirlər.
-    Gəncə Aqrobiznes Assosiasiyasının nümayəndəsi Həbib Abbasov əliliyi olan insanların turizm xidməti sahəsində məşğuıiyyətlərinin təşkili təklifini irəli sürdü. Belə ki, xalçaçılıq sənəti, müxtəlif suvenir və bəzək əşyalarının, kiçik suvenir çini qabların və s. əşyaların düzəldilməsi xidmətləri çərçivəsində “İş mərkəzlərinin” yaradılması təklifi ilə çıxış etdi.
-    “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri Məmməd Rəhimov əlilliyi olan insanların şəhər nəqliyyatından istifadəsinə şəraitin yaradılması məsələsini irəli sürdü və qeyd etdi ki, əliliyi olan insanlar idarə etdikləri kolyaskalarında avtobuslara minə bilmirlər, lazımi yerlərə getməkdə çətinlik çəkirlər. Odur ki, həmin insanlar üçün xüsusi avtobusların xəttə buraxılması və təşkil olunması, onların rahatçılığını təmin edərdi. Eyni zamanda müharibə veteranları üçün ictimai yerlərdə növbəsiz xidmət göstərilməsi məsələsini, Gəncə şəhərində mövcud olan idman zallarından əliliyi insanların güzəştli şərtlərlə istifadə etmək məsələləri, onların işə düzəldilməsi məsələlərində problemin olduğunu qeyd etdi. 
-    “Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədr müavini, 1-ci qrup müharibə əlili Ənvər Əhmədov tibbi sığorta məsələsinin vacibliyini qeyd etdi. Tibb müəssisələrində əliliyi olan insanlara zəif xidmət göstərilir. O, özəl müalicə klinikalarında həmin insanlar üçün pulsuz müayinə və müalicə işlərinin təşkil olunması təklifi ilə çıxış etdi. O göstərdi ki, Dəmir yolu idarəsində əliliyi olan insanlar işdən azad olunmuşlar. Bu məsələyə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə şəhəri Nizami rayon məşğulluq idarəsinin əməkdaşı Agiq İsmayılov qanunun tələbləri baxımından aydınlıq gətirdilər.
-    Gəncə Dövlət Universititinin tələbəsi, 2-ci qrup əlil Aynurə Həbibova əliliyi olan gənclərin ali məktəblərdə təhsil haqqından azad olunması məsələsini irəli sürdü. Eyni zamanda pulsuz müalicənin təşkil olunması məsələsini də təklif etdi.
-    Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Ruslan Əsgərov özəl tibb müəssisələrində əlilliyi olan insanlara müəyyən pulsuz müalicə kvotalarının ayrılması təklifini etdi. Eyni zamanda bu qəbildən olan insanlara daha diqqət və qayğı göstərilməsi məsələsini irəli sürdü. 
-    Gənc vətənpərvərlər ictimai birliyinin sədri Elçin Axundov belə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydası olduğunu və təşkilatçılara minnətdarlığını bildirdi.
-    Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Rövşən Nəzərov taksi xidməti göstərdiyini qeyd etdi və xahiş etdi ki, əlil insanların taksi xidməti göstərməsinə görə rüsumdan azad etmələrinə köməklik göstərilsin.
-    1-ci qrup əlil Fatma Babayeva ev növbəsində dayandığını və bu günə qədər ev ala bilmədiyini qeyd etdi.
-    Müharibə veteranı Ramiz Qarayev də idman zallarından pulsuz istifadə edilməsini təklif etdi.

İctimai dinləmə çox işgüzar bir şəraitdə keçirildi. Tədbirdə qaldırılan suallara Gəncə şəhəri icra hakimiyyətinin, Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin, Rayon Məşğulluq, DSMF rayon şöbələrinin, Nizami və Kəpəz bələdiyyələrinin rəhbər və əməkdaşları qaldırılan sualları cavablandırdılar.

Sizin Reklam Yeriniz