news Image
2017.03.07
11:15
| A A A
Aqrar universitetdə 8 mart qadinlar günü qeyd edilib

Qadın adı zəriflik və gözəllik rəmzi kimi həmişə uca tutulub. Azərbaycan qadını bütün dövrlərdə öz zəkası və əzmi ilə milli-mənəvi dəyərlərin yaşadılmasında müstəsna xidmətlər göstərib.

ADAU-nun mətbuat xidmətindən Movqe.az-a bildirilib ki, bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov 8 mart Beynəlxalq qadınlar günü münasibəti ilə keçirilən yığıncaqda səsləndirib.

Universitetein qadın üzvlərinin iştirak etdiyi yığıncaqda çıxışı zamanı ali təhsil ocağının rektoru İbrahim Cəfərov onu da bildirib ki, tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz qadınların adı ilə bağlıdır. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər bəxş edib. Elə bizim ADAU ailəsində də bu cür qadınlar az deyil.

Sonra Azərbaycan qadınının həyatını əks etdirən video çarxa baxılıb. Universitetin rektorunun əmri ilə daha fəal qadınlara fəxri fərman, və gül hədiyyə edilib. Bütün xadimlərin əmək haqqını isə bir aylıq 40 manat artırılıb. Ümumilikdə universitetdə çalışan qadınların hər birinə gül bağışlanıb. Kimsə toplantıdan hədiyyəsiz çıxmayıb.

Sonda ADAU-nun özfəaliyyət dərnəyinin üzvləri geniş konsert proqramı ilə bir daha xanımların bayramını təbrik edib.
 

ƏLİHÜSEYN ŞÜKÜROV

 Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 5Quraşdırılmış təsvir 1

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs