news Image
2017.03.07
14:53
| A A A
DİM sədri: "Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir"

"Tarif Şurasının imtahanlarla bağlı müəyyənləşdirdiyi qiymətlər bu ilə aiddir".
Movqe.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, Tarif Şurasında hər hansı dəyişikliklər olduğu halda bu qiymətlərə yenidən baxılması ilə bağlı qərar qəbul edilib: "Yəni ya imtahanın daha da mürəkkəb olması qiymətin artırılmasına təsir göstərə bilər, ya da hansısa qiymətlər dəyişə bilər".
M.Abbaszada qeyd edib ki, qiymətlərin tənzimlənməsi daimi prosesdir: "Tarif Şurası bunu izləyəcək".
Sədr həmçinin bildirib ki, bəzi şəxslər qəbul imtahanını oyuncağa çevirir: "Elə şəxslər var ki, hər il imtahana yazılır, amma iştirak etmir. Bəzən imtahana gəlirlər, bəzənsə gəlmirlər. İmtahana əyləncə kimi baxan, müəsuliyyətsiz yanaşan insanlar da var. Ümüd edirik ki, qəbul edilən qərarlar məsuliyyətsizliyi aradan götürəcək".

Zülfiyyə QULUYEVA

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs