news Image
2017.03.07
16:12
| A A A
Amerikali professor aqrar universitetdə fermerlərlə seminar-müşavirə keçirib

Azərbaycan Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsində ABŞ Illinoys Universitetinin professoru Muhəmməd Babados aqrar sahədə çalışan  alimlərin, fermerlərin, torpaq mülkiyyətçilərinin və iş adamlarının iştirakı ilə işgüzar  seminar-müşavirə keçirib. Əvvəlcə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov təhsil müəssisəsinin mövcud durumu, burada olan təhsil-təcrübə şəraiti və ən müasir laborotoriyalar barədə, həmçinin yüksək səviyyəli kadr potensialı haqqında iştirakçılara ətraflı məlumat verib.

ADAU-dan Movqe.az-a  verilən xəbərə görə seminar-müşavirədə  Tərtər, Samux, Goranboy, Şəmkir, Göygöl, Daşkəsən, Qazax və Tovuz rayonundan 40 nəfərdən artıq fermer, torpaq mülkiyətçisi və iş adamı iştirak edib. Bildirilib ki, gün açıq tarla şəkilində məhsul yetişdirmək ekoloji tarazlığın pozulması nəticəsində xeyli çətinləşib. Gözlənilməz iqlim dəyişiklikləri, qəfil xəstəliklər fermerləri çıxılmaz vəziyyətə salıb. Amerikalı professor bütün bunların qarşısının elmi şəkldə alına biləcəyini, bu baxımdan torpaq mülkiyyətçisinin və alimlərin üzərinə düşən vacib amilləri söyləyib. Seminar müşavirədə Aqronomluq fakültəsinin bitkiçilik və bitki mühafizəsi kafedrasında bitkilərdə xəstəlik törədici göbələk, bakteriya və virusların müəyyənləşdirilməsi və onlara qarşı mübarizə tədbirlərinin hazırlanması məqsədilə Almaniyadan 50 (əlli) min avro dəyərində müasir standartlara cavab verən xəstəliklərin diaqnostikası laboratoriyası haqqında da danışılıb.  Deyilib ki, bu laborotoriya  sahibkara kifayət qədər kömək etmək iqtidarındadır. Həmin laboratoriyada bitki xəstəliyinin analizi yerinə yetirilir. Bölgə fermerləri bu laboratoriyadan səmərəli şəkildə istifadə edə bilərlər və hazırda istifadə edənlər də var.

Bu gün mövcud tədris planlarının beynəlxalq təhsil proqramları ilə üst-üstə düşməməsi müvafiq sahələrdə, o cümlədən bitki mühafizəsi ixtisası üzrə kadr hazırlığının dövrün tələblərinə uyğun formada təşkilində əsas problemlərdən biri hesab olunur.  Bu baxımdan seminar-müşavirənin məqsədi həm də bitki mühafizəsi üzrə kadr hazırlığını, təcrübəni, tədris proqramını beynəlxalq standartlara uyğunlaşdırılması və aparıcı aqrar yönümlü xarici ali təhsil müəssisələrinin proqramları ilə unifikasiyası, əmək bazarının tələblərinə uyğun ixtisaslı kadrların hazırlanması məsələlərini müzakirə etmək olub. Həmin laboratoriyada hər hansı bbitki xəstəliyinin analizi yerinə yetirilir.

Professor Muhəmməd Babadostos bir neçə gün ərzində bölgənin bitkiçiliklə məşğul olan təsərrüfatlarında da olub, elmi və təcrübi məsləhətlərini bir daha sahədə fermerlərə deyib.ƏLİHÜSEYN ŞÜKÜROV..Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1 Quraşdırılmış təsvir 4

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs