news Image
2017.03.07
17:22
| A A A
Ramil Usubov qadın polisləri təbrik edib

Daxili İşlər Nazirliyində Beynəlxalq Qadınlar Gününə həsr olunan mərasim keçirilib.

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib. Sonra nazir R.Usubov “Qadınların cəmiyyətdə və daxili işlər orqanlarında rolu” mövzusunda geniş məruzə ilə çıxış edib. 

O, qadınların cəmiyyətdəki rolu və hüquqlarının uzun bir tarixi dövr ərzində formalaşaraq inkişaf etdiyini, daim təkmilləşdiyini, eyni zamanda, öz iradəsi, mərdliyi, saflığı və sədaqəti ilə seçilən Azərbaycan qadınının ictimai həyatda həmişə fəal rol oynadığını, şairlərimiz, yazıçılarımız və mütəfəkkirlərimizin qadınları həyatın mənbəyi, müdriklik mücəssəməsi kimi tərənnüm etdiklərini xatırladıb.

Daxili işlər naziri R.Usubov ölkə Prezidenti tərəfindən həyata keçirilən quruculuq işlərində, hüquqi və demokratik inkişaf proseslərində, bütövlükdə xalqın rifahına yönəlmiş səylərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti hörmətli xanım Mehriban Əliyevanın xidmətlərinin danılmaz və əvəzsiz olduğunu xüsusi vurğulayıb, bütün şəxsi heyət və şəxsən öz adından onu yüksək dövlət vəzifəsinə təyin olunması münasibəti ilə səmimi-qəlbdən təbrik edib, möhkəm cansağlığı, ailə səadəti, dövlətçilik fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayıb.

Nazir bildirib ki, xanım Mehriban Əliyevanın insanlığın yüksəlişinə və təntənəsinə xidmət edən nəcib təşəbbüsləri, dinlər və sivilizasiyalar arasında mədəni dialoqun qurulması, elmi-humanitar əməkdaşlığın dərinləşməsi, Azərbaycan barədə həqiqətlərin beynəlxalq tribunalardan dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyəti, əsl vətəndaşlıq mövqeyi respublika ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır, eləcə də ölkəmizin hüdudlarından kənarda da yüksək qiymətləndirilir. 

Təsadüfi deyil ki, respublikamızda keçirilmiş “Eurovision” mahnı müsabiqəsi və birinci Avropa Oyunları şəxsən onun böyük təşkilatçılıq qabiliyyəti sayəsində ən mötəbər mədəni və idman tədbirləri kimi tarixə düşüb. Cari ilin may ayında baş tutacaq IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri vəzifəsinə də ölkə Prezidenti tərəfindən məhz xanım Mehriban Əliyevanın təyin edilməsi bu möhtəşəm idman yarışının da yüksək səviyyədə keçiriləcəyinə tam əminlik yaradır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs