news Image
2017.03.09
10:45
| A A A
Erkən nikahla bağlı layihəyə start veriləcək
Samirə Mustafayeva: " “Erkən nikah gənclik üçün bəladır” layihəsi çərçivəsində bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılacaq"

Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında əhali arasında erkən nigahla baglı  maarifləndimə işi aparılacaq. Bu barədə Movqe.az-a  “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva məlumat verib.

S. Mustafayeva bildirib ki,  layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə reallaşdıracaq: " Layihənin məqsədi bu aktual problemə ictimaiyyətin diqqətini çəkmək və əhalini erkən nikahın fəsadları barədə marifləndirməkdən ibarətdir".

“Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva bildirib ki,  “Erkən nikah gənclik üçün bəladır”  layihəsi çərçivəsində bölgələrdə erkən nikahların qarşısını almaq üçün müxtəlif tədbirlər və maarifləndirmə kampaniyası aparılacaq: "Göyçay, İsmayıılı, Zərdab, Şamaxı rayonlarında fəaliyyət göstərən müxtəlif strukturlarla qarşılıqlı əməkdaşlıq şəraitində müxtəlif tədbirlər və  görüşlər keçiriləcək. Əsas hədəf qrupunu təşkil edən orta məktəb şagirdləri üçün təbliğat xarakterli müxtəlif materiallar hazırlanacaq. Məhz bu rayonlarda erkən nikahla bağlı problemlər ciddi olduğundan layihədən daha çox sayda gəncin faydalanması məqsədilə orta məktəblərdə kütləvi tədbirlərin keçirilməsi təmin ediləcək. Mütəxəssislərin iştirakı ilə hazırlanacaq təbliğat vasitələri, keçiriləcək maarifləndirici tədbirlər, gənclərin erkən nikahların fəsadlarını daha aydın anlamağa, valideyinlərin isə problemin ciddiliyini bilməklə yanaşı  onların işin  məsuliyyətini dərk etmələrinə yardımçı olacaq. Həmçinin erkən nikahların doğurduğu problemlərlə bağlı ətraflı məlumat almış gənclər bu sahədə ictimai fəalliq göstərmələri üçün təlimatlandırılacaqlar".

Zülfiyyə QULUYEVA 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs