Əlaqə Arxiv
news Image
2017.03.09
13:00
| A A A
DİM: İmtahan zalına telefonla daxil olan 3 şagirdin nəticələri ləğv olunub

Dövlət İmtahan Mərkəzinin (DİM) ötən həftə keçirdiyi buraxılış imtahanında iştirak edən 3 şagirdin nəticələri ləğv olunub.  Mərkəzdən Movqe.az-a verilən məlumata görə, dəfələrlə xəbərdalıq olunmasına baxmayaraq, ötən həftə keçirilən buraxılış imtahanında 3 nəfər telefonla imtahan binasına daxil olub.
DİM-dən bildirilib ki, həmin şagirdlərin imtahan nəticələri ləğv olunub: "Bir daha xatırladırıq ki, imtahan binasına qadağan olunmuş vasitələr gətirmək olmaz".

Sizin Reklam Yeriniz