news Image
2017.03.09
16:10
| A A A
Novruz bayramı Fransada qeyd edilib

Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyası  təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib. Şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin Prezidenti, Fransa parlamentinin üzvü,  Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul  etdi. 
Səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür edib.  O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd etmiş, elecə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışmışdır.
Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilmişdir. 
Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd etmciş və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından bəhs etmişdir.
J.F Mansel Azərbaycanın Dostalrı Assosiyasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiyasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar uçun təşkil etdiyi səyahətlərdən danışmışdır.
Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat vermiş və  bildirmişdir ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilmişdir. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat vermişdir. 
Tədbirin sonunda xalq artisti Yusif Qasimovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış etmişdir. Azərbaycan rəqslərini 400 dən çox tamaşaçı böyük maraqla izləmişdir. 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs