Əlaqə Arxiv
news Image
2017.08.18
16:45
| A A A
Siqaret çəkən hamilə qadınların övladları şikəst doğula bilər

Danimarka alimləri, siqaret çəkən hamilə qadınların uşaqlarında görmə problemlərinin yarandığını, belə uşaqlarda retinanın daha nazik olduğunu aşkarlayıblar.

Hamiləlikdə nikotin qəbulunun dölə mənfi təsiri çoxlarına məlum olan faktdır, lakin hamiləlikdə çəkilən siqaretlərin uşağın görmə qabiliyyətinə məhz hansı yöndə təsir göstərməsi, indiyə qədər tibb elminə məlum deyildi.

Göz xəstəlikləri sahəsində dünyanın nüfuzlu nəşrlərindən sayılan JAMA Ophthalmology jurnalında, araşdırmanın nəticələrinə dair dərc olunmuş məqalədə, hamiləlik dövründə siqaret çəkən anaların uşaqlarında retina qalınlığının digər uşaqlarla müqayisədə 5% daha nazik olduğu qeyd olunur. Təcrübələr Danimarka Milli Xəstəxanasında 11 və 12 yaş arası,1323 danimarkalı uşaq arasındaaparılmışdır.

Məqalənin baş müəllifi, əslən azərbaycanlı Xaqan Aşinanın sözlərinə görə, "Xeyli qadın hamiləlik dövründə də siqaret çəkməyə davam etməklə, dölün retinasının sinir liflərini tütünün toksik təsirlərinə məruz qoyur. Belə uşaqların gələcəkdə göz xəstəliklərinə yaxalanma ehtimalı də yüksək olur. İnsan yaşlandıqca sinir lifləri zəifləyir, retinanın bəzi hissələrində yarıqlar əmələ gəlir. Yəni retinada sinir liflərinin ehtiyatı, yaşlılıq dövrü üçün çox vacibdir” deyə, cənab Aşina bildirir.

Qeyd edək ki, Danimarkanın bir çox media quruluşu, araşdırmanın nəticələrini geniş işıqlandırıb.

Kopenhagen Universitetinin 22 yaşlı tələbəsi Xaqan Aşinanın ata tərəfdən ulu babası Azərbaycanın məşhur cərrahlarından, II dünya müharibəsi veteranı Əhməd Hacıyev, ana tərəfdən ulu nənəsi isə oftalmoloq Fatma Cəfərovadır. Xaqanın atası Məsud Aşina Kopenhagen Universitetində nevrologiya professoru, əmisi Səid Aşina isə ABŞ-da, Nyu-York universitetinində nevrologiya professorudur. Cənab Aşinanın anası Kopenhagen klinikalarının birində stomatoloq işləyir.

Sizin Reklam Yeriniz