Əlaqə Arxiv
news Image
2017.03.10
15:55
| A A A
Aqrar universitetdə həsən əliyevin 110 illik yubileyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində görkəmli təbiətşünas alimi, respublika Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, akademik Həsən Əliyevin anadan olmasının 110 illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib.

ADAU-dan mətbuat xidmətinindən Movqe.az-a bildirilib ki, konfrans Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn vəzifələrin icrası ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi ilə birgə hazırlanan tədbirlər planına əsasən universitetinin inzibati binasında “Akademik Həsən Əliyev və Azərbaycan təbiəti” mövzusunu əhatə edib Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nınmüxbir üzvü, professor İbrahim Cəfərov çıxışında deyib ki, akademik Həsən Əliyevin bu universitetin məzunudur və əsas elmi fəaliy­yə­ti­ torpaqşü­naslığın nəzəriy­yəsi, ekolo­giya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin qorunaraq səmərəli istifadə olun­ma­sı problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə edib. Akademik keçmiş SSRİ-də ümumi əkinçilik və təbiəti mühafizə sahəsində görkəmli alim sayılıb. O, Cə­nu­bi Qafqaz torpaqlarının əmələ gəlməsinin və coğrafiyasının tədqiqinə, Azərbaycanda Beynəlxalq Bioloji Proqramın işlənib hazırlanmasına böyük əmək sərf edib. Vətənə və xalqa təmənnasız xidmətləri ilə Azərbaycan elmində və tari­xin­də əbədi iz qoyan şəxsiyyətlər sırasında akademik Həsən Əlirza oğlu Əliyevin gör­­kəmli yeri var. Ömrünü xalqının xoşbəxtliyi naminə sərf edən bu böyük şəx­­­siy­yətin həyatı və yaradıcılığı gələcək nəsillər üçün əsl tərbiyə və nümunə mək­təb­idir. Akademik Həsən Əliyevin XX əsr Azərbaycanın korifey alimləri ilə birgə əsasını qoyduğu istiqamətlər bu gün elmimiznin simasını müəyyən edir. Azərbaycanda coğrafiya, kənd təsərrüfatı, aqrobiologiya, torpaqşünaslıq, ekologiya kimi elm sahələri onun rəhbərliyi ilə formalaşıb.

İbrahim Cəfərov onu da vurğulayıb ki, müasir dövrün üz-üzə qaldığı qlobal problemlərdən biri də təbiətin mühafizəsidir. Pla­ne­ti­mizin elə guşələri var ki, təbiət haray çəkir. Akademik Həsən Əliyev təbiətin harayına yetən alimlərdən idi. Onu tanıyanlar deyirlər ki, Həsən Əliyev təbiəti doğma balası qədər sevirdi. Torpağın, təbiətin ürəyinə sancılan hər bir oxu ilk duyan, ilk "həyəcan təbili"ni vuran akademik Həsən Əliyev olub.

Konfransda AMEA-nın Torpaqşünaslıq və aqrokimya, Botanika, Coğrafiya İnstitutlarının alimləri Həsən Əliyev haqqında xatirələrini bölüşüblər. Gəncə Dövlət Universitetinin prorektoru, dosent Gülsüm Fətəliyeva “Akademik Həsən Əliyev haqqında xatirələr”, ADAU-nun Ekologiya və meşəçilik kafedrasının müdiri, dosent Musa Bayramov “Akademik Həsən Əliyevin həyəcan təbili”, professor əvəzi Zakir İbrahimov “Təbiəti sevənlər unudulmur”, Torpaqşünaslıq və aqrokimya kafedrasının müdiri, dosent Arif Hüseynov “Torpaqşünaslıq elminin inkişafında Akademik Həsən Əliyevin rolu”, Biologiya kafedrasının müdiri Zaur Hümbətov “ Həsən Əliyev Azərbaycan təbiətinin fundamental tədqiqatçısıdır” və  Aqranomluq fakültəsinin torpaqşünaslıq və aqrokimya ixtisasının IV kurs tələbəsi Vüqar İsmayılzadə “Təbiətşünas alim akademik Həsən Əliyev haqqında düşüncələrim” mövzusunda ətraflı məruzələr ediblər.

Universitetin tədbirlər planına uyğun olaraq Aqronomluq fakultəsinin ərazisində salınan və  akademikAnchor Həsən Əliyevin adını daşıyan “Dendroloji park” da yubileyə kollektivin töhfəsi limi qiymətləndirilib.

ƏLİHÜSEYN ŞÜKÜROV

 

 

 

Quraşdırılmış təsvir 5Quraşdırılmış təsvir 4 Quraşdırılmış təsvir 3Quraşdırılmış təsvir 2Quraşdırılmış təsvir 1Quraşdırılmış təsvir 6

Sizin Reklam Yeriniz