Əlaqə Arxiv
news Image
2017.03.22
15:43
| A A A
Azərbaycanda 233 nəfər seçdikləri ali təhsil müəssisələrinə köçürülüb

Bu il ümumilikdə 497 nəfər köçürülmək üçün transfer.edu.az elektron portalına müraciət edib. Onlardan 233 nəfər seçdikləri ali təhsil müəssisələrinə köçürülüb. Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ötən ildən etibarən, təhsil alanların ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi elektron qaydada həyata keçirilir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə birgə fəaliyyət çərçivəsində yaradılan transfer.edu.az portalı tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsinə və şəffaflığın təmin edilməsi məqsədinə xidmət edir.

 

Sizin Reklam Yeriniz