Əlaqə Arxiv
news Image
2017.03.23
19:00
| A A A
Samur çayı üzərindən körpü inşa ediləcək
Körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək

Bu il Rusiya ilə Azərbaycan sərhədində yerləşən Samur çayı üzərindən körpünün inşasına başlanılması planlaşdırılır.

“Movqe” Rusiyanın "Dorinfo.ru" saytına istinadən xəbər verir ki, hazırda obyektin tikinti üzrə layihə sənədləri baxılması üçün Rusiyanın “Dövlət Ekspertizası Baş İdarəsi” federal muxtar qurumundadır.
2019-ci ildə istismara verilməsi nəzərdə tutulan körpünün tikinti işlərini Azərbaycan tərəfi maliyyələşdirəcək. Rusiya isə federal büdcədən ünvanlı investisiya proqramı çərçivəsində yerinə yetirilən işlərin dəyərini qismən kompensasiya edəcək.
Eyni zamanda Rusiyanın Federal Yol Agentliyi (“Rosavtodor”) körpüyə giriş yollarının tikintisini maliyyələşdirəcək. İndi podratçıların seçilməsi üçün hərracın sənədləşmə işləri aparılır.
Ehtimal var ki, cari ildə yol işçiləri “Qafqaz” P-217 xəttindən inşa ediləcək körpüyə qədər dəmiryolunun inşasına başlayacaqlar. Bu yolların tikintisi 2018-ci ildə başa çatmalıdır.

Sizin Reklam Yeriniz