Əlaqə Arxiv
news Image
2017.03.24
11:00
| A A A
IV İslam Həmrəyliyi Oyunlarının təbliğat kampaniyasına start verilib
İslamiadanın başlanmasına 50 gün qalması münasibəti ilə tədbir keçirilib

IV İslam Həmrəyliyi Oyunlarının təbliğat kampaniyasına start verilib. "Report"un məlumatına görə, bu məqsədlə yarışların başlanmasına 50 gün qalması münasibəti ilə Bakı bulvarında tədbir keçirilib.

Tədbirdə İslamiadanın Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov, idmançı və ulduz səfirlər - güləşçi Rəsul Çunayev, boksçular Kamran Şahsuvarlı, Leyla Cavadova, Aynur Rzayeva, teleaparıcı Hacı Nuran, eləcə də, yumor ustaları Rafael və Coşqun iştirak ediblər.
İdmançı və ulduz səfirlərin çıxışlarından sonra könüllülərin iştirakı ilə məşq sessiyası təşkil olunub.
Tədbirin sonunda lotereya oyunu keçirilib və 2 nəfər qalib IV İslam Həmrəyliyi Oyunlarına bilet əldə edib.

Sizin Reklam Yeriniz