Əlaqə Arxiv
news Image
2017.03.25
14:00
| A A A
Bayram günləri yol qəzalarında ölənlərin sayı 11-ə çatıb

Bayram günləri Azərbaycanda qeydə alınan yol-nəqliyyat hadisələrinin sayı artmaqda davam edir.

 

Baş Dövlət Yol Polisi İdarəsindən Movqe.az-a verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

Bununla da martın 19-dan 25-dək respublikanın avtomobil yollarında baş verən yol qəzalarının sayı 32-yə çatıb. Həmin qəzalarda 11 nəfər ölüb, 52 nəfər xəsarət alıb. 

Sizin Reklam Yeriniz