Əlaqə Arxiv
news Image
2017.03.29
10:10
| A A A
Proqram çəkilişində faciə: hücum çəkib parçaladı

Böyük Britaniyada staffordşir bulteryer cinsindən olan köpək 41 yaşlı sahibini parçalayaraq öldürüb.

Faciə BBC üçün proqramın çəkilişlərində baş verib.

Movqe.az milli.az-a istinadən bildirir ki, insident Londonun şimalındakı Vud Qrin səmtində yaşanıb. BBC TV-nin çəkiliş qrupunun əməkdaşlarının qarşısında sahibinə bir neçə dəfə hücum edən it onu gəmirib. Hospitala aparılmış 41 yaşlı kişi reanimasiya bölməsinə yerləşdiriləndən iki saat sonra keçinib.

İt xüsusi sığınacağa aparılıb.

Britaniyadakı "Təhlükəli it cinsləri haqqında" qanunda məhkəmənin icazəsi olmadan saxlanması yasaq köpək cinsləri sadalanıb. Həmin siyahıda pit-bulteryer, yapon toza-inusu, Argentina doqu, fil brazilyer var. Staffordşir bulteryeri cinsi bu siyahıda deyil.

Sizin Reklam Yeriniz