Əlaqə Arxiv
news Image
2017.03.29
11:24
| A A A
"Bir gündə 10-15 müştəri ilə cinsi münasibətdə olmağa məcbur ediliblər"-İnsan alveri qurbanlarının başlarına gələnlər

İnsan alveri qurbanına çevrilərək cinsi istismara məruz qalanlar, əsasən müştəri sayının çox olması kimi zorakılıqla üzləşirlər. Bu sözləri Movqe.az-a açıqlamasında “Təmiz Dünya Qadınlara Yardım” İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. M. Zeynalova bildirib ki, son günlər mətbuatda 5-6 ərəb tərəfindən Dubay səhralıqlarında azərbaycanlı qızların beysbol ağacı ilə zorlanması, nəticədə onlardan birinin daxili qadınlıq üzvlərinin çıxarılması xəbəri geniş müzakirələrə səbəb olub. Amma M. Zeynalova onda bu barədə məlumat olmadığını söyləyib: “İnsan Alveri Qurbanlarına Kömək Fondunun sədri kimi mən də qurbanlarla söhbət aparıram. Amma indiyədək bu barədə mənə danışan olmayıb. Ümumiyyətlə son illər bütün dünyada zorakılığa meyilliyin artması insan alveri qurbanlarına münasibətdə də əzab vermə kimi halları artıra bilər. Cinsi istismara məruz qalanlarla rəftarda “pulumu verirəmsə, istədiyimi edə bilərəm” düşüncəsi hakimdir. Bizim söhbət apardığımız qurbanlar arasında da müştəri sayının çox olması kimi zorakılıqla üzləşdiklərini söylənlər olub. Onlar pul qarşılığında bəzən bir gündə 10-15 müştəri ilə cinsi münasibətdə olmağa məcbur ediliblər”.


M. Zeynalovanın sözlərinə görə, cinsi zorakılığa məruz qalan qurbanlar əksər hallarda detalları açıqlamır. Birlik sədri son illər insan alverçilərinin tələsinə düşənlərin sayının azaldığını bildirib. Onun sözlərinə görə, buna son illər aparılan məlumatlandırma işləri də təsir edir. Amma M. Zeynalova hələdə başqa ölkələrə cinsi istismar məqsədilə məcburi- könüllü gedənlərin olduğunu söyləyir. Birlik sədri əvvəllər axının əsasən Dubaya olduğunu söyləsə də, son illər təyinat, daşınma ölkəsi olaraq Türkiyənin seçildiyini bildirir. M. Zeynalovanın sözlərinə görə, xarici ölkələrə cinsi istismar məqsədilə məcburi-könüllü gedənlərin arasında ailədaxili zorakılıq qurbanları və erkən nikaha daxil olan qadınlar çoxluq təşkil edir. Həmsöhbətimiz deyir ki, ümumiyyətlə insan alverçiləri tərəfindən cinsi istismar məqsədilə xaricə aparılan qadınların yaş qrupu 18-45 təşkil edir: "2007-ci ildən etibarən 15-16-17 yaşlı qızların cinsi istismar məqsədilə xaricə aparılması hallarına rast gəlinmir. Bu, müsbət nəticə, Milli Fəaliyyət Planının qəbul edilməsi ilə yetkinlik yaşına çatmayanların xarici ölkələrə valideyn icazəsi olmadan çıxışının yasaqlanması ilə əlaqədardır. İndi əsasən cinsi istismar məqsədilə xarici ölkələrə gedənlər 18-45 yaşda olan qadınlardır. İllər öncə bir qadın 51 yaşlı bacısını cinsi istismar üçün xaricə aparmışdı. O qadın da ölkəyə qayıtdıqdan sonra öz bacısından şikayət edərək onu həbs etdirdi". 

Zülfiyyə QULUYEVA 

Sizin Reklam Yeriniz