Əlaqə Arxiv
news Image
2017.03.29
13:48
| A A A
Mədəsini kiçildənlərin sayı açıqlandı-Azərbaycanda

Azərbaycanda indiyədək 170-ə qədər insan üzərində mədə kiçiltmə əməliyyatı aparılıb. Bu sözləri Movqe.az-a açıqlamasında bariatik cərrah, Akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkiminin cərrahiyyə işləri üzrə müavini Elmir Əsgərov söyləyib. E. Əsgərov bildirib ki, Azərbaycanda mədə kiçiltmə əməliyyatına müraciət edənlərin mütləq əksəriyyəti qadınlardır: "Mən indiyədək 20-dək belə əməliyyat gerçəkləşdirmişəm. Azərbaycanda bu əməliyyatı edən 5 həkim var. Ümumi indiyədək ölkəmizdə 170-dək mədə kiçiltmə əməliyyatı aparılıb. Bu rəqəm 200-ü keçməyib". 

Ümumi cərrah, uzman doktor Elmir Əsgərov bildirib ki, son vaxtlar mədə kiçiltmə üçün müraciət edənlərin sayı çox olsa da, əməliyyat masasına uzananların sayı azalıb: “Bu əməliyyatın qiyməti 5-6-7 min manat arasında dəyişir. Qiymətə görə bəzən əməliyyatdan imtina edənlər olur”. 
E. Əsgərov onu da bildirib ki, mədə kiçiltmə əməliyyatı əsasən 25-60 yaşlı insanlar üzərində aparılıb. 
Qeyd edək ki, mədə kiçiltmə əməliyyatına müraciət edənlər arasında şəkərli diabet xəstəliyindən əziyyət çəkənlər də deyil. 

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz