Əlaqə Arxiv
news Image
2017.03.30
15:20
| A A A
Sabirabadda 7 yaşlı uşağın qətli ilə bağlı məktəb direktorundan: "Atası qarlı-yağışlı günlərdə Röyamini..."

Bu il məktəbə ilk qədəmlərini qoyan birincilərdən olsa da, birinci sinifi başa vura bilmədi. Yaşamaq, öz yaşıdları kimi məktəbə getmək onun da haqqı olsa da, bütün bunları yaşamadan o məsum baxışlı gözlərini əbədi yumdu 7 yaşlı Röyamin. Sabirabadın Ulucalı kəndində törədilmiş bu dəhşətli qətl hadisəsi hər kəsi cəmiyyətdə rezonans yaradıb.  Movqe.az-a danışan Sabirabad şəhər Ulacalı kəndinin  B.Ağayev adına tam orta məktəbinin direktoru Nail Xanməmmədov bildirib ki, məktəbdə hadisəni eşidəndə hər kəs şok olub: “Bəlkədə bu sözlərimə kimlərsə inanmayacaq. Amma Röyaminin atası məktəbə tez-tez gəlib onun dərsləri ilə maraqlanırdı. Necə oxumasını soruşurdu. Röyamin də dərslərində nümunəvi şagird olub. Birinci sinifdə oxumasına baxmayaraq davranışı, tərbiyəsi ilə də seçilib. Atası da dərslərinə bir valideyn kimi diqqət yetirirdi. Dəfələrlə yağışlı, qarlı günlərdə Röyal Məmmədovun öz oğlunu, qətlə yetirdiyi Röyamini çiyninə alıb məktəbə gətirməsinin şahidi olmuşuq. Biz belə bir atanın öz övladına necə qıydığını anlaya bilmirik. Hamımız heyrət içindəyik”. 
Ulacalı kənd  icra nümayəndəsi Vüqar Babayev isə Movqe.az-ın əməkdaşı ilə söhbətində Məmmədovların ailəsində münaqişə olmasından xəbərsiz olduğunu söyləyib: “Bu qədər əhali yaşayır. Biz bilmirik axı kimin ailəsində nə söz-söhbət var. Gərək bizə müraciət edələr ki, biz də bilək. Hansı ailələr müraciət edirsə, dəvət edirik, söhbət aparırıq. Amma Röyal Məmmədovun ailəsində belə münaqişə olmasından xəbərsiz olmuşuq. Çünki, Röyal Məmmədov bu rayondan deyil. Əslən Şirvanlıdır, Hacıqabul rayonundandır. İndi bilirik ki, əvvəllər məhkumluq həyatı yaşayıb. Kənddədə az-az görünürdü. Orda-burda işləməyə gedirmiş. Bircə onu bilirik ki, bu onun ikinci ailəsidir”.
V. Babayev kənd icra nümayəndəsi kimi üzərinə düşən işi layiqincə yerinə yetirdiyi fikrindədir: “Mənim üzərimə düşən o idi ki, uşağı dəfn edib yas mərasimini təşkil edib. Uşağı öz əlimlə dəfn etmişəm. Yas mərasiminin də nə xərci varsa hamısını özümüz çəkmişik. Ata da yəqin öz əməlinə görə cəzasını çəkəcək. Başqa nə deyə bilərəmki?”
Sabirabad rayonu, Ulacalı kənd Polis sahə rəisi, polis mayoru  Mirvarid Talıblı  isə açıqlama verməkdən imtina edib. Movqe.az-ın əməkdaşının “Siz Röyal Məmmədovun ailəsinin münaqişəli ailə olduğundan xəbərdar idinizmi, ailə nəzarətdə saxlanılırdımı” sualına Mirvarid Talıblı   belə cavab verib: “Nəzarətdə idi, siz suallarınızı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə ünvanlayın” .  

Zülfiyyə QULUYEVA 

 

Sizin Reklam Yeriniz