Əlaqə Arxiv
news Image
2017.03.30
16:10
| A A A
"Oskar" mükafatının təltifetmə qaydaları sərtləşdirilib
Mükafatın təşkilatçıları La La Lend filmi ilə bağlı səhvdən sonra yeni qaydalar tətbiq edir

"Oskar" mükafatının təltifetmə mərasiminə yeni qaydalar tətbiq edilir. Bununla belə, "Oskar"ın təşkilatçıları son təltifetmə mərasimində laureatın adının səhv deyilməsi ilə bağlı qalamaqala baxmayaraq, "PriceWaterhouseCoopers" şirkətin xidmətlərindən istifadəyə davam edəcək.

Bu barədə "Movqe" BBC-yə istinadən xəbər verir.
Xatırladaq ki, son mərasimdə ən yaxşı film nominasiyasında "Ay işığı" filmi əvəzinə "La La Lend" müzikli elan edilib. Qarışıqlığın səbəbkarı kimi qaliblərinin adları olan zərfləri səhv salan "PriceWaterhouseCoopers" şirkətinin idarəedici tərəfdaşı Brayan Kullinan göstərilib.
"PriceWaterhouseCoopers" şirkətinin prezidenti Bun İsaaks "Oskar" təşkilatçılarına ünvanladığı məktubda şirkətdə yeni, o cümlədən, mərasim zamanı pərdə arxasında hər hansı mobil cihazdan istifadəni qadağan edən qaydaların tətbiq olunduğunu yazıb.
Həmçinin yeni qaydalara əsasən, mərasimdə "PriceWaterhouseCoopers" şirkətinin iki yox, üç nümayəndəsi iştirak edəcək. Üçüncü əməkdaş bütün mərasim ərzində rejissorun otağında olacaq.

Sizin Reklam Yeriniz