Fevralın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin
dəyişkən buludlu, səhər və axşam bəzi yerlərdə duman olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin
Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad
Məmmədovanın verdiyi məlumata görə, cənub küləyi əsəcək, havanın
temperaturu gecə 3-6, gündüz 7-12 dərəcə isti olacaq.Fevralın 11-də
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində əsasən
yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın
temperaturu gecə 2-5 dərəcə, gündüz 7-12 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 10-da hava əsasən yağmursuz
olacaq, gecə və səhər bəzi yerlərdə duman və çiskin qeydə alınacaq.
Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə, gündüz
7-12, bəzi yerlərdə 15 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə
şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8, bəzi yerlərdə 10
dərəcəyədək isti olacaq. Fevralın 11-də havanın əsasən yağmursuz,
lakin axşam bəzi qərb rayonlarında yağıntılı olacağı gözlənilir.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə, gündüz
10-15 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-8
dərəcə isti təşkil edəcək. Fevralın 10-u və 11-də meteoroloji
amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün
əsasən əlverişli olacaq.